12.02.2019

Sionist təbliğatçılar öz liderlərinin bioqrafiyasını nə qədər bəzəyib düzəsələr də, fakt ondan ibarətdir ki, onlar nəinki siyasi avantüralarında yırtıcı xislətlidirlər, həm də öz şəxsi həyatlarında belə mənəviyyatdan çox-çox uzaq adamlardır. Amerikan ravvini M.Şonfeld 1977-ci ildə Nyu-Yorkda çıxmış “Xolokost qurbanları ittiham edir: Yəhudi hərbi cinayətkarları haqqında sənəd və şahidliklər” kitabında Ümumdünya Sionist Təşkilatına rəhbərlik etmiş, Fələstində Yəhudi Agentliyinin başçısı olmuş, sonra isə İsrailin ilk prezidenti seçilmiş Xaim Veysmanı İkinci Dünya Müharibəsi dövrünün ən əsas hərbi cinayətkarlarından biri kimi xarakterizə edir. O Xaim Veysmanı ki, Qolda Meir iftixarla “İudey Çarı” adlandırır. Veysman 1937-ci ildə keçirilən 12-ci Sionist Konqresində çıxışında demişdi ki, ancaq gənclərin köçürülməsi, qocaların isə taleyin ümidinə buraxılması gərəkdir; o qocaları “iqtisadi və mənəvi nöqteyi nəzərdən toz” adlandırırdı. İsrailin az qala milli qəhrəmanına çevrilmiş bu seleksiyaçıya alman konslagerlərində saxlanılan yəhudiləri pulla almaq təklif olunanda cavabı belə olmuşdu: “Fələstindəki bir inək Avropakı bütün yəhudilərdən daha qiymətlidir”. Sionist liderlərinin 1943-cü ildə keçirilən iclasında tanınmış sionist xadimi, İsrailin gələcək daxili işlər naziri İsxak Qrinbaum tələb qoymuşdu ki, yəhudiləri təqibdən qurtarmaq üçün qara qəpik də xərclənməsin və onların xilası üçün vəsait yığılması qadağan edilsin. Onun sözləri: “Deyə bilərlər ki, mən antisemitəm, diasporu xilas etmək istəmirəm, mənim “odlu iudaist qəlbim” yoxdur... Qoy nə istəyirlər desinlər. Avropa yəhudilərinə kömək üçün pul ayrılmayacaq. Düşünürəm ki, kim belə şeyləri tələb edir, sionizmə qarşı çıxmış olur”. Maraqlıdır ki, elə həmin iclasdaca İsxak Qrinbaum “Avropa yəhudilərinin xilası naziri” seçilmişdi.

Комментариев нет:

Отправить комментарий