04.02.2019

Trotski və ətrafındakı sionistlər Rusiyada hakimiyyəti ələ keçirən kimi rus və digər xalqlara qarşı qanlı terrora start vermişdilər. Məşhur QULAQ düşərgələri məhz onlar tərəfindən yaradılmışdı. 15 aprel 1919-cu ilə “Məcburi işlər düşərgələri barədə” dekret verilmişdi ki, həmin dektetlə Sovet konslagerlərinin və QULAQ-ın təməli qoyulmuşdu. Tarixçi Andrey Dikiy “Yəhudilər Rusiyada və SSRİ-də” kitabında göstərir ki, NKVD idarələri və həbs düşərgələri rəhbərlərinin əksəriyyəti yəhudilər idi. Hərbi publisist Vladimir Qalayko yazır: “Həbslərlə, işgəncələrlə, cinayət işlərinin fabrikasiyası ilə məşğul olan NKVD əməkdaşlarının böyük əksəriyyəti yəhudilər idi”.
 Təkcə 1939-cu ildə Stalin trotskistlərin həbs etdirdiyi 327,4 min adamı düşərgələrdən azad etdi. Stalin Rusiyada 20 il davam edəm yəhudi hegemoniyasına son qoydu. Artıq müharibənin sonunda yəhudilər ölkə siyasətinə təsirlərini tam itirdilər. Yəhudilərin “xoşbəxt epoxası” sona çatdı. Stalinin nəvəsi polkovnik Yevgeniy Cuqaşvili 1991-ci ildə verdiyi müsahibədə deyir: “Əgər faşizm üzərində qələbənin 40 illiyi münasibətilə buraxılmış “Böyük Vətən Müharibəsi 1941-1945” Ensiklopediyasını açsanız və çiyinlərinə müharibənin bütün çətinlikləri düşən narkomların familiyalarını oxusanız, heyrətə gələcəksiniz: 47 narkomun əksəriyyəti ruslar, beloruslar və ukrainlərdir. Yəni 1934-1935-ci ilin yəhudi narkomlarını 1938-1940-cı illərdə slavyanlarla əvəz etmişdilər. Sadəcə olaraq Stalin dövründə qeyri-kompetent yəhudilər öz postlarından getməyə məcbur qalmışdılar, Trotski tərəfdarı olanlar və fitnə-fəsad yaradanlar isə həbs, ya da məhv edilmişdilər”.

Комментариев нет:

Отправить комментарий