12.02.2019

Tutaq ki, almanlar doğrudan da yəhudiləri qırmaq niyyətində olmuşdular. Bəs onda nə üçün daha asan yol olan güllələmə və aclıqla qırma üsullarını seçməmişdilər? Yerindəcə güllələmək üçün hər cür imkanlara malik olduqları halda almanlar yəhudiləri yığıb min kilometrlərlə kənara apararaq orda qazla boğurmuşlar. Almanlar Avropanın tutduqları şəhər və kəndlərində yəhudiləri yerindəcə rahat güllələyə bilərdilər, daha onları vaqonlara doldurub min kilometrlərlə kənardakı həbs düşərgələrinə daşıyaraq burda qırmaq nə məna verirdi ki? O dövrün yanacaq defisitini nəzərə alsaq, bu o qədər də ağlabatan məsələ deyildi. Həm Almaniyanın özündə, həm də işğal olunmuş ərazilərdə işçi qüvvəsi çatışmırdı- almanlar yəhudiləri işlətmək əvəzinə niyə qırmalıydılar ki? Axı hitlerçilər yüz minlərlə yəhudiyə şərait yaratmışdılar ki, rahat çıxıb getsinlər- yerdə qalanları qırmağın nə mənası vardı? Əgər yəhudiləri doğrudan da kütləvi şəkildə qırmaq planları olsaydı, onları hər şəhərin yaxınlığındakı meşəliyə aparıb güllələyərdilər və bununla da məsələ bitərdi. Bütün Avropadan yəhudiləri toplayıb həbs düşərgələrinə doldurmaq və burdakı qaz kameralarına salıb boğmaq hətta ən axırıncı faşist bürokratının da ağlına gələ bilməzdi. Həm də maraqlısı budur ki, rekord bir müddətdə milyonlarla insanın öldürüldüyü iddia olunsa da, bu ölümü təsdiqləyən xırda bir real izə də rast gəlinmir.

Комментариев нет:

Отправить комментарий