Artıq qlobal düşünmə zamanıdır. Əgər ermənilərə qalib gəlmək istəyirksə (hərçənd, bu böyük hədəf ola bilməz), onlarla dalaşmaqdan çəkinməliyik. Onların müharibə istəməyən qüvvələri ilə münasibətlər qurmalıyıq...
Əvvəla ona görə ki, genefondumuz məhv olur, gənclərimiz şəhid olur. İkincisi də, azalırıq. Zatən qlobal dairələrin niyyəti də bizi qırıb azaltmaq və məhv etməkdir...
Bir erməni bir dəfə mənə açıq yazdı ki, sülh olsa siz artıb-törəyərək buraları basacaqsınız. Doğru deyir, biz artımlı millətik. Son yüz ildəki ən böyük nailiyyətimiz də elə budur...
Ancaq onların çoxunun düşündüyü kimi, erməniləri qırıb qurtarmaq da bizə lazım deyil, sərf də eləmir. Biz onlardan istifadə etməyi öyrənməliyik. Etiraf edək ki, onlardan yaxşı sənətkarlar çıxır. Bacaraq, işlədək də əlimizin altında...
Vaxtilə erməni ustalar Azərbaycanda populyar idi. Camaat onlara üstünlük verirdi. Bilirsiz niyə? Çünki bizimkilərdən keyfiyyətli və ucuz işləyirdilər, həm də dikbaş deyildilər. Problem yaratmırdılar. Xozeyin nə dedi, baş üstə. Onları qudurdan avropadır, ingilisdir, fransızdır, diasporalarıdır. Sovetin vaxtında quzu kimi idilər. Yenə olacaqlar.
Münaqişə başlayandan bizdə çox qəribə bir tendensiya da yaranıb. Ay aman qoymayın ermənilər mahnılarımızı oğurladılar. Bu da bir növ "vətənpərvərlik" olub. A kişilər, mahnıdır da, qoyun oxusunlar, bunun bizə nə ziyanı var axı? Tay da musiqimizi təbliğ edirlər. Fikir vermişəm, bizim mahnılar ermənilərin ifasında başqa kolorit qazanır, bu bizim mədəniyyətə hətta duz qatır. İnsanları yaxınlaşdırır. Yox, olmaz! Yaxınlaşsaq, bəs bu araqarışdıranlar pulu nədən qazanacaq?! Bəs kimi öldürüb, goruna and içəcəyik?! İkincisi, oğurlayan tək ermənilər deyil. Bizimkilər də hər yerdən- farsdan, ərəbdən, yunandan, elə ermənidən də oğurlayırlar. Mən musiqidən az-maz anlayıram. Bizdə Avropadan oğurlanmış elə mahnılar var, onları çox hörmətli bəstəkarlar "bəstələyib", xalq artistləri oxuyublar. Odur ki, bu düşük tendensiyanı da dayandırmaq lazımdır. Kənardan gülünc görünür. Savadlı adamlar nəyin nə olduğunu yaxşı bilir. Həm də dünya gör-götür dünyasıdır...
Комментариев нет:
Отправить комментарий