17.05.2021

Yaşayış binalarını vur, sonra da de ki, İran günahkardı, gərək Fələstinə dəstək durmazdı!

İsraili sudan quru çıxarmaq üçün təzə bəhanə tapıblar.
Deyirlər fələstinli sivillər ölürsə burda HƏMAS-ın, İranın günahı var. Qoy otursunlarda yerində, onlar İsraili vurmasaydılar, uşaqlar da ölməzdilər.)
Bizdən də mülki vətəndaşlar şəhid oldular. Onda belə çıxır ki, daha erməniylə niyə müharibə aparırdıq, oturmuşduq da yerimizdə! Bunda ölkə prezidentini günahlandıraq ki, gərək etməzdi filan.
Əvvəla fələstinlilərin torpaqlarını zəbt edib öz evlərində onlara zülm verirlər, və deyirlər ki, bura bizimdi,- eyniylə erməni vandalları kimi. İkincisi fələstinli illərdi daş-kəsəklə bir təhər sözünü deyirdi, zülmə boyun əyməyəcəyini göstərirdi.
İndi bir qrup adamlar bu məsələdə İsrailə məzlumluq donu geyindirib, bütün işləri İran və Fələstinin üstünə yıxmağa çalışırlar.
Bəli, İran Fələstinə hər cür maddi, texniki yardımlar edir- fələstinlilərin geyindikləri "şəpitlər" belə İranındı bəlkə də. İran da bunu gizli etmir, dünyanın gözün qarşısında edir, deyir yaxşı edirəm. Təkcə fələstin xalqının atdıqları daşlar İran istehsalı deyil.
İsrail hər cür müasir texnologiyalara, GPS sistemlərinə, hərbi texnikaya sahib ölkədir. Guya İsrail Fələstini vuranda bilmir raketi hara atır, güllə kimə dəyir, yoxsa düzgün təsbit edə bilmir yerlərini?
Bəlkə də hər kəsi saçının, köynəyinin rəngindən tanıyırlar, amma göz görə-görə qəsdən düz öz istədikləri hədəfə atırlar. Sən dur o boyda hündürmərtəbəli yaşayış binalarını, yaşayış yerlərini vur, sonra de ki, İran günahkardı, gərək Fələstinə dəstək durmazdı!
Qarabağ müharibəsində Azərbaycan əsgəri neçə nəfər erməni sivilini öldürdü görəsən? Əgər öldürmüş olsaydı, erməni millətçiləri çoxdan dünyaya car çəkib məzlum sifəti almışdılar. Öldürmədik, çünki həm faşist deyilik, insani duyğularımız imkan vermədi, həm digər ölkələrdən alınan texnologiyalar sayəsində düşmənin yerini düzgün aşkar edə bildik.
Həmçinin niyə HƏMAS yəhudilərin yaşayış məskənlərini bombalayıb uşaqlarını öldürmür? Çünki həm çox vaxt qabaqcadan vurduğu yeri xəbər verir, həm də mülki insanlara atəş açmır. Necə olur ki, Qarabağ məsələsində sənə dəstək durmayanı, faciəni görmək istəməyəni söyürdün, qınayırdın, amma bu məsələdə ermənidən də pis bir xislətə sahib olana məsumluq sifətini nisbət etməyə çalışırsan?)
Fələstin və Qüds özünü müsəlman sayan hər kəsindi. Və vacibdi ki, hər kəs ona dəstək durub mənfur rejimə qarşı etirazlarını bildirsinlər...
Sonda bunu deyim ki, əmin olun!!! Fələstin və Qüds azad olacaq...


Sadiq Əkbər

Комментариев нет:

Отправить комментарий