20.05.2021

SSRİ niyə dağıldı?

Şəkildə: Moskva, 1991-ci il. Nadir kadr. Şeytanla sövdələşmə. Vətənin satılması. Satan: Mixail Qorbaçov. Alan: Devid Rokfeller. Satılan obyekt: SSRİ.

Stalinin ölümündən sonra barəsində cürbəcür yalanlar uydurub tirajlamaqla sosializmi gözdən salmağı hədəfləyənlər SSRİ dağıldıqdan (dağıdıldıqdan) sonra da sosialist itisadiyyatın guya rəqabət qabiliyyətli olmamasını, səmərəsizliyini və ümumiyyətlə yararsız olduğunu insanların beyninə yeritmək üçün SSRİ-nin dağılmasını iqtisadi amillərlə əlaqələndirməyə cəhd edirlər.
Nəzərə alanda ki, SSRİ öz iqtisadiyystının demək olar ən güclü, ən inkişaf etmiş vaxtında "dağıldı", bu iddianın nə qədər boş, çürük olduğunu görmək elə də çətin deyil.
Ən çox tirajlanan və "tutuquşuların" tez-tez təkrarlamağı xoşladıqlarl isə guya neftin qiymətinin dünya bazarında kəskin düşməsiylə SSRİ iqtisadiyyatının çökməsi iddiasıdır. Əslində isə neft amili nəhəng Sovet iqtisadiyyatında cüzi çəkiyə malik idi, üstəlik hasilatın çox hissəsi daxili bazarda istifadəyə yönəldilirdi. Bundan da əlavə neftlə xarici ticarət əsasən sosialist düşərgəsi ölkələri üzərindən edilirdi.
Burda deyilənlərin statistik rəqəmlərdə təsdiqinə nəzər saldıqda bu iddianın nə qədə gülünc olduğunu bur daha görmək olar.
Təəssüf ki Sovetlər barədə uydurulan digər yalanlar kimi bu yalanı da həzm edənlərin sayı-hesabı yoxdur...

"Mübariz Dost" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий