Bu 55 illik həyatımın xoş günləri- 22 ili səninlə keçdi.
Sənin dövranında bu dünyaya pulsuz gəldim, gəlməyimə görə valideyinlərimə pul mükafat verdin və hər ay hər il uşaq pulu ayırdın.
Pulsuz bağça verdin yeməklə birgə, pulsuz məktəb verdin kitabları ilə birgə, pulsuz yay düşərgəsi verdin, pulsuz poliklinika və xəstəxana verdin.
Pulsuz yox, əksinə hər ay 30 manat verərək 3 il uçilişdə sənət öyrətdin. Pulsuz iş yerləri verdin. Pulsuz bağ verdin, ev verdin. Pulsuz özgə şəhərlərdə dincəlməyə istirahət verdin.
Bax bu səbəbdən mən sənə borclu olduğuma görə vaxtından tez hərbi komissarılığına gəldim ki, mən bu dövlətə borcumu verməyə gəlmişəm. Soruşdular hara istəyirsən, cavabında stolun üstündə xəritəyə baxıb gözü yumlu barmaqımla dedim bura!
Bu ora idi ki 55 dərəcə isti, 55 dərəcə şaxta, özü də səhralıq- Qazaxstanın Baykonuru.
Qurban olum Sovet hakimiyyətinə! Kaş o hakimiyyət məhv olanda mən də məhv olaydım.
Bu haqsızlıqları görməyəydim.
Balalarım da bu haqsızlıqlarda yaşamayaydılar.
Комментариев нет:
Отправить комментарий