17.05.2021

Millətçiliyin fəsadları barədə

Xanhüseyn Əliyev

Xaos, millətçilik, faşizm.
Bizim cavanlar elə başa düşür ki, millətçilik dövləti, vətəni sevməkdir. Xeyr. Kor-koranə millətçilik başlayanda:
-Dövlət zəifləyir.
-Bir qrup saxta, qaragüruh insan baş qaldırır.
-Ən yaxşı halda inqilab olur, dövlətin inkişafı dayanır və düşür quyunun dibinə.
-Ən pis halda müharibə qaçılmaz olur. Bununla da faşizm qalib gəlir.
Belə qaragüruh millətçiliyin iki devizi var:
-Hər bir şeyi dağıdıb yenidən qurmaq.Niyə? Necə deyərlər: Stol kəşf olunub, bəlkə sındırmayaq, təkmilləşdirək?!
-Mənim millətim dahidir. Qalanları ikinci dərəcəli insanlardır. Bu isə tam faşizmdir. Bunun faciəsini isə belə insanların hərəkətinə susan bütün millət çəkir.
Necə ki, Almaniyada bir nəfərin- Hitlerin gic əməllərinə görə bütün Almaniya yerlə-yeksan oldu. 75 milyon insan həlak oldu.
İkinci Qarabağ müharibəsində erməni faşizminə qarşı Azərbaycanda yaşayan bütün millətlər birləşdi və qalib gəldi.
Gəlin kor-koranə millətçilikdən uzaq olaq.
Əziz dostlar, 9 May- Faşizm üzərində Qələbə günü münasibəti ilə bir daha hamınızı təbrik edirəm!

Комментариев нет:

Отправить комментарий