Azərbaycanda əməkdar adını kimlər alır?
Onu-bunu verilişinə çağırıb onunla lağlağı edən Zaur, doğru-yalan səhnələr üzərində ağlaşmalı film qurmağa çalışan Xoşqədəm, mollalıq edən ikinci Zaur, toliklər, elgizlər...
Faciədir birbaşa!
Bunlar xalqa, gənc nəslə nə öyrədir, nə verir, hansı biliyi, hansı informasiyanı çatdırır, necə insan tərbiyə edir- hansı ruhda, hansı xüsusiyyətdə?!
Gənc nəsil nəyi götürür görən onlardan?
Bu sualların cavabı çox maraqlıdır. Görən xalq nə fikirləşir onlar barədə?
Hələ mən cəmiyyətdə aparıcı olan ali təhsilli qadınlar tanıyıram ki, şəxsi telefon danışığım olanda deyirlər ki, bəs Elgizin verilişinə baxırdıq, ya Tolikin... Onu anamla müzakirə edirdik...
Cəmiyyətin ali təhsillisi, -hələ Sovet dövründə böyüyüb təhsil alanı ha!- bu cür cılız səviyyəyə enibsə, daha gənc nəsildən nə gözləyək?!
Əlbəttə ki onlar içəridə tapmadıqlarını, ödənməyən istəklərini xaricdə axtarmağa başlayacaqlar...
Alima Amal
Комментариев нет:
Отправить комментарий