18.05.2021

ABŞ-ın iki hərbi təyyarəsi toqquşdu

Hərbi təlimlər zamanı ABŞ-ın iki qırıcı təyyarəsi bir-biri ilə toqquşmuşdur

ABŞ-ın Milli Qvardiyasına məxsus iki qırıcı F-16 təyyarəsi havada toqquşub. H
adisə ABŞ-ın Corciya ştatı üzərində qeydə alınıb.
İnsident təyyarələrin təlim uçuşları həyata keçirdiyi zaman baş verib. Məlumata görə, pilotlar vaxtında təyyarələrdən katapult edə biliblər. Yerdə xəsarət alanlar barədə isə heç bir informasiya yoxdur.
Milli Qvardiya hadisənin hansı səbəblərdən baş verdiyini araşdırır.
Bənzər hadisə 2016-cı ilin ilin mayında da qeydə alınmışdı. ABŞ-da iki hərbi təyyarənin toqquşması nəticəsində dörd ekipaj üzvü xəstəxanaya yerləşdirilmişdi. Hadisə Şimali Karolina ştatının sahillərində baş vermişdi. Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı "McDonnell Douglas F/A-18" tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşmüşdü.

Комментариев нет:

Отправить комментарий