01.05.2021

"Bayraktar" Rusiya radarlarını çökdürdü mifi barədə

Əli Haşimoğlu Zəngilani

İndilərdə məşhur olan bir o xəbər haqda- "Bayraktar Rusiya radarlarını çökdürdü" mifi haqqında danışmaq istəyirəm.
2 gündür bu xəbər sosial şəbəkədəki ana səhifəmə müxtəlif sionist aktivist səhifələrdən düşür. Günü 5 manata işləyən bu xəbər portalları İsrail cəsuslarının fəaliyyətləri əsasında belə absurd və gülünc xəbərləri efirə buraxaraq, baş verən həqiqi hadisələri xalqdan gizlədilir.
Gəlin görək bu fasiq xəbər nə dərəcədə doğrudur?
Məsələ 1.
Rusiya Hava hücumundan müdafiə sistemi radarları.
Bildiyimiz kimi, Rusiya hələ Sovet dövründən Radar sistemlərinə böyük önəm verirdi. Soyuq müharibə ərəfələrində (1950-1980) ABŞ SSRİ ərazisinə çox sayda kəşfiyyat uçuşları həyata keçirirdi. Sovetlər bunun qarşısını almaq üçün HHM sistemlərinə külli miqdarda yatırımlar etməyə başladı. Kəşfiyyat uçuşlarının qarşısını almaq üçün Sovetlər 30 il ərzində dəyəri milyonlarla dollarla ölçülən böyük bir radar sistemi topladı. Bu sistemlər 400-dən çox müxtəlif təyinatlı və məsafəli idi. Bu sahədə böyük iş aparan sovetlər, artıq 1975-ci illərdə ölkəyə kəşfiyyat uçuşlarının qarşısını tam almışdı.
Günümüzdə Rusiyada 1300-dən çox Radar sistemi mövcuddur. Bunlardan 800 ədədi daşınmaz radar stadionları, 500 ədədi isə muxtəlif istiqamətlərə yönləndirə bilinən radar sistemləridir. "Bars", "Tokolov", "Minşayev" rəngarəng təyinatlı radar sistemləri kəşf edildi. Bu radar sistemləri, 3-15000 km-lik, irili-xırdalı, Rusiya ərazisində dəyişir (xəritədə göstərildiyi kimi - şəkil 1).
Məsələ 2.
Piar obyekti olan "Bayraktar" modeli.
Bildiyimiz kimi, bunları Ruh təyyarələri, Ruh Pua-ları adlandırırlar. Gəlin görək Rusiyanın radarlarını "parçalayan" bu Pua, doğurdanmı ruhdur?
"Bayraktar" əsasən kəşfiyyat xarakterli olsa da, yarı-aktiv döyüşlərdə də iştirak edə bilir. Yəni radarlara düşməməsi üçün, xüsusi rəng qatı yoxdur.(Siqnal əmici qara rəng, bir başqa deyimlə, Miror Black Colour).
Gəlin görək Miror Black Colour nədir? İlk dəfə 60-70-ci illər arası Amerika mühəndisləri tərəfindən ixtira edilmişdir. Bu rəng qatı, dalğalı və ya düz  trayektoriya ilə gələn radar siqnallarını əmir və radarda həmin təyyarə və ya pilotsuzu göstərmir.
Ruh pilotsuzları və ya təyyarələrinin silahları gövdə içərisində olmalıdır. Çünki raket sistemləri avtomatik və dinamikli olduğu üçün, radarlara rahat yaxalana bilir. Bu da ki, "Bayraktar" mifini tamamən məhv edir.
Şəkildə göstərdiyim kimi, Bayraktar həm MBC ilə rənglənməyib, həm də ki, silahları gövdə içərisində gizlənməyib (şəkil 2).
Yəni ki, pafoslu, qeyri-səlist, absurd xəbərlərə aldanmayın. Analiz edin və həqiqətlərə sahib olun.

Комментариев нет:

Отправить комментарий