Rusiyadakı bütün miqrantlar, o cümlədən azərbaycanlılar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə uzun müddət qalmaları üçün elektron sənədlə təmin ediləcəklər.
Bu barədə TASS-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat mərkəzindən məlumat verilib.
Nazirlik sənədin tətbiqinin müddətini açıqlamayıb.
Qeyd edilir ki, xarici ölkə vətəndaşlarının Rusiya Federasiyasında uzun müddətli qalmaları üçün məcburi şərtli elektron məlumat daşıyıcısı kimi vahid sənədlər hazırlanacaq. Vahid sənədlərin xarici ölkə vətəndaşlarına 10 ilə qədər müddətinə verilməsi planlaşdırılır.
Sənəddə onun sahibi haqqında informasiya yerləşdiriləcək. Məlumatların siyahısı, habelə vahid sənədin qeydiyyatı, verilməsi qaydası federal qanun layihəsi və müvafiq qaydaların hazırlanması zamanı dəqiqləşdiriləcək.
Комментариев нет:
Отправить комментарий