Pentaqon sözcüsü John Kirby hava hücumlarına qarşılıq olaraq Qəzzadan İsrailə atılan raketlərin qəbuledilməz olduğunu bildirərək Fələstini günhalandırıb.
Qalanews bu barədə CNN Türk-ə istinadən xəbər verir.
Pentaqon sözcüsü John Kirby bildirib ki, "İsrailin məscidə hücumunu deyə bilmərəm, amma İsrailə raket atılması böyük səhvdir".
Xatırladaq ki, mayın 7-si axşam saatlarında İsrail polisi Qüdsdəki məscidə hücum edərək, oradakı mülki insanları qaz bombalarından və rezin güllələrdən atəşə tutub. 250 fələstinli yaralanıb ikisi isə həlak olub.
Dünən axşam saatlarında İsrail aviasiyası Fələstinin yaşayış məntəqələrini bombardman edib. 21 nəfər ölüb, 103 nəfər isə yaralanıb. Bombardman zamanı ölən və yaralanan arasında körpələr, uşaqlar və qadınlar da olub.
Buna cavab olaraq Fələstinin Həmas qruplaşması, İsrailə raket zərbələri endirib.
Комментариев нет:
Отправить комментарий