11.11.2010

Şor-biznes barədə- 2

Sofiya Sadıqlı

Brilliantın 2000 minlik adyalı

Xalqımızın şanlı artisti Brilliant Dadaşova bu günlərdə Bakı mağazalarından birindən 2000 manata adyal alıb. Müğənni faktı təsdiqləyib: “Bəli, doğrudur. Amma əvvəla, mənə 20 faiz endirim edilib və adyala 1600 manat ödəmişəm. İkincisi, adyalı özümçün deyil, oğlumçün almışam. Valideynlər isə övladlarını xüsusilə soyuqdan qorumaq istəyirlərsə, pul xərcləməkdə simiclik etməzlər”.

Mətanət İskəndərli “alkaş” imiş?..

Xalqımızın əməkdar artisti Mətanət İskəndərlinin keçmiş əri Oruc onu rüsvay edib. ANS telekanalına açıqlama verən Oruc Mətanətin hər gün evə içkili gəldiyini bidlirib.
M.İskəndərlinin “Space” və ATV kanallarında keçmiş ərinin  ünvanına səsləndirdiyi fikirlərdən təsirləndiyini deyən Oruc müğənninin yalan danışdığını deyib: “18 il əvvəl ayrılsaq da, onun mənə qarşı yalanları davam edir. Oğlumuzu vuraraq gözünü zədələdiyim haqda dedikləri yalandır. Oğlumuz anadangəlmə belə doğulub və hətta onu müalicə üçün Xarkova da aparmışıq”.
Oruc daha sonra deyib: “Mətanət İskəndərlinin “Qızımız Ülkəri tənha dünyaya gətirdiyi haqda deyilənlər də cəfəngiyyatdır. O zaman yaxınlarım daim onun yanında olub. Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi. O hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi! Mənim həyat yoldaşım olan zaman o, cəmi 2 dəfə toyda ifa edib. 1992-ci ilin noyabrında isə Mətanəti evdən qovmuşam. Artıq 16 ildir ki, ikinci xanımımla yaşayıram və bu müddətdə ona barmağımı da vurmamışam. Demək, Mətanət məni o qədər bezdirib ki, ona əl qaldırmalı olmuşam”.
Əgər xatırlayırsıza, M.İsgəndərli televiziyadakı çıxışında keçmiş ərinin hər gün içkili olduğunu, onu döydüyünü, ümumiyyətlə, onunla çox ağır, əzablı bir həyat sürdüyünü deyib.

“Azdramanın” aktyorları üçün trenajor zalı açılıb

Çox maraqlı xəbərdi. Əslində bu zal çoxdan açılmalıydı. Çünki bizim aktyorların qat-qat sallanmış piylərini budlarına düşən qarınlarını görəndə bu zalın nə qədər zərurui olduğu bəlli olur. Məsələn, Səidə Quliyeva, Hicran Nəsirova kimi aktrisalarmızın bu zala cox ehtiyacı var. Amma nəmxuda, səhnəmizin məlakəsinin belə vasitələrə qətiyyən ehtiyacı yoxdu.

Sevincin müəmmalı sevinci baş tutdu

Soyunanların, daha çox soyunaraq, daha çox qazananların cərgəsinə artıq qatılmış teleaparıcı və müğənni Sevinc Ağaşirinova dostlarının əhatəsində doğum gününü qeyd edib.
Amma dostlarını doğum gününə dəvət edən müğənni öncə xoşagəlməz reaksiya ilə qarşılaşıb - hərə bir bəhanə gətirərək gecəyə qatıla bilməyəcəyini deyib. Ağaşirinova doğum gününü çox kiçik məclisdə qeyd etməyə qane olub.
Amma az sonra doğum günü dostların zarafatı üzə çıxıb. Məlum olub ki, bu, Sevincə doğum günü “hədiyyəsi” imiş... Müğənni aldansa da nəticədən razı qalıb. Qeyd edək ki, Sevinc yay aylarında yarıçılpaq poz verdikdən sonra daha da məşhurlaşıb.

Röya qaynatası ilə barışıb

Müğənni Röya Ayxan “Excelsior” otelində oğlu Hüseynin 1 yaşını qeyd edib.
Gecədə müğənninin ən yaxın dostları və ailə üzvləri iştirak edib. Röyanı ulduz edən media isə kənarda qalıb.
Səs-küylü, çal-çağırlı tədbirlərdən fərqli olan bu ad günündə qonaqlar xüsusi proqramları, maraqlı və müxtəlif janrlı rəqs nömrələrini izləyiblər, eyni zamanda özləri də rəqs ediblər. Ad günü şənliyinə xalq artisti Zülfiyyə Xanbabayeva, “Nero” rəqs qrupu, DJ Çina, ərəb rəqsləri, rəqqasə Oksananın hind rəqsi xüsusi zövq qatıb.
Yığıncağı Hüseynin kirvəsi şoumen Murad Dadaşov idarə edib.
Gecədə qonaq qismində bəstəkar Vaqif Gərayzadə, müğənnilər Elnarə, Zamiq, Sevda Yəhyayeva, reper Elşad Xose də olub.
Tədbirin ən maraqlı məqamlarından biri də Röyanın dostlarının əhatəsində qayınatası ilə maraqlı rəqs etməsi olub. Elə Röya bu günün gələcəyini bildiyindən deyirdi ki “Ölkənin adlı-sanlı kişilərindən birinin oğluna ərə getmişəm”. Qeyd edim ki, Ermənistanın keçmiş prezidenti Ter Petrosiyanın oğlu da Evrovision təmsilçisi Sranuşla o söz. Nə deyim, indi belə moddu.

Aygün yenə alışdı

Xalqımızın artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə ayrılığa dözə bilmir. Necə deyərlər ayrılığın üzü qara olsun. Ayrılıq şamplyenamıza necə od qoyubsa o, “Alışdım” deyə fəryad edib. Deyilənlərə görə, Aygünün yaxın günlərdə işıq üzü görəcək albomu da “Alışdım” olacaq.

Anar Ağakişiyev tərəfbazlıq edib

Bakıda yerləşən “Hezz club & restaurant”da “Best model of Azerbaijan-2010” müsabiqəsinin final gecəsi keçirildi və artıq qaliblər bəlli oldu. Gecədə Azərbaycanı bu ilin dekabrında İstanbulda keçiriləcək “Best model of the world” yarışmasında təmsil edəcək modellər seçilib. Xüsusi seçimlər zamanı finala vəsiqə qazanan 10 qız və 10 oğlan model münsiflər heyətinin qarşısında addımlayıblar. Münsiflərin seçimi nəticəsində qızlar arasında birinci yerə Günay Musayeva, oğlanlar arasında isə Azər Ağakişiyev layiq görülüb.
Stilist Anar Ağakişiyev və Validə Abbasovanın prezidentliyi ilə həyata keçirilən “Best model of Azerbaijan-2010” yarışmasının münsiflər kürsüsündə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, “Best model of the world” yarışmasının prezidenti Ərkan Özərman, “Fashion Model Shcool” model məktəbinin prezidenti Lyubov Kutorova, eləcə də prezidentlər Validə Abbasova, Anar Ağakişiyev və başqaları oturub.
Həmişə olduğu kimi bu dəfəki yarışmanın sonucu da qalmaqallı olub. Belə ki, bu ilki yarışmanın prezidenti Anar Ağakişiyev yaxın dostu və uzaq qohumu olduğu deyilən Azər Ağakişiyevin qalib olmasına ciddi cəhdlə iddia edib. Günay Musayevaya gəlincə, onun qəfil bu yarışmaya qatılması Ərkan Özərmanın ideyası olub. Etibarlı mənbənin verdiyi məlumata görə, yarışmaya qatılan qızların bədən ölçülərinin çox bərbad olduğu üçün Ərkan Özərman Türkiyədə faəliyyət göstərən azərbaycanlı model Günay Musayevanı müsabiqəyə dəvət edib və birinci yeri verib.

Gecədə Türkiyənin məşhur müğənnisi Yusif Güney də iştirak edib. Bəzi məlumatlara görə, o, gecəyə segilisi Günay Musayevanı dəstəkləmək üçün gəlib.

Комментариев нет:

Отправить комментарий