İnanılmaz, amma gerçəksən ölüm kimi.
Yox sənin dək, təkrarsız, təksən ölüm kimi.
Anlaşilmaz, zamansız bir eşq, qaçılmaz.
Kimi seçsən; təslim edəcəksən ölüm kimi.
Evdən çıxıram....
Obaşdandır;
Evdən çıxıram mən.
Daha şair deyiləm ki...
Ahaa..n
Uzman bir Memar olmuşam(olunmuşam).
Bir zindan qayırmalıyam.
Bir zindan
Qayırıram;
Öz içimdə dustağam.
Bax bura amma;
Eşikdə qalıbdır barmaqlarım!!!
Pəncərəsi də olmalı bu zindanın
Heç olmasa
Nəfəs çəkmək üçün.
Qələmdən
Pəncərə çəkirəm.
Yo...x,
Gün modudur cibimdə qələmim.
Əhə...ə
Olmadı ki
Bununla da yetməyir.
Bir
Görünüşü olmalı
Binanın.
Küçə qapısın açıb
Evdən çıxıram.
Mən üzümə
Bir niqab taxıram.
Oldu, ahan.
Bu nədir?
Vay...
Vaa..y
Barmaqlarım,
Amma barmaqlarım;
Otağımın
Qıp-qırmızı bucaqlarında
Şeirlərimi axtarır.
Yoxsa mən
Yanılıram mı?
Bir qəssabam mı?!
Tuavalet
Bura tuvaletdir;
Burada mən,
Mən
Ola bilərəm!
Qorxulardan bir təhər qurtulub,
Lüt-ü püt
Anamdan doğulan kimi
Soyuna bilərəm
Cismən də,
Ruhən də.
Tumanımı aşağı çəkən dək
Bir üzüm
Öz üzüm
Eşiyə çıxır.
İstədiyim
Sevdiyim
Əcib-qərib
Fikirlərə cumub
Çox çətin məsələləri
Çox sadə həll edirəm.
(Aydınam!?)
Os....ram
Dünyanın boşluğuna
Dincəlirəm.
(Əmək verənəm!?)
İş...rəm
İşəməyimlə
Sevmədiyimin
Rəsmin çəkirəm.
(Nəqqaşam!?)
Sı...ram
İstəmədiyimin
Mücəssəməsin tökürəm.
(Düzəldənəm!?)
Sonra
Ürəyimin sözünü
Duvarlarına yazıram.
(Şairəm!?)
Bura tuvaletdir.
Təkcə bir yasa var burada;
((Sansor yasaq))
Hən bura tuvaletdir,
Dünyanın ən azad,
Ən demoqrat ölkəsi!
Комментариев нет:
Отправить комментарий