Könül Səid
Gecə və ümid
İtmişəm bəlkə də azmışam
Gecənin tənha qaranlığında
Yolumu göstərən işıq da yoxdur
addımlarımın səsi gecəyə qarışıb
Nəyin hardan başlayıb
Harda bitdiyini bilmirəm
Bircə ümidim sönmür
az da olsa zəif işıq saçır yoluma
Tutqun və tor baxışlarla
soyuq divarlardan keçirəm
əllərim də üşüyür qizdırmır qəlbimi
Bircə arada çox xırıltılı bir səs duyuram
Bu səs nəsə yalvarışa bənzəyir
Anlaşılmaz bir yalvarışa
bəlkə də bu səs içimdən gəlir
saxlayır yolumdan məni
getmə deyir
səsizlik , addımlarımın səsini duymuram
Amma qarıqaranlıq bir filmin
yenicə çəkilən kadrlarını sezirəm
hər şey qaradı
film də
yolum da
addımlarım da ........
(Bircə kadrın kənarları ağdı)
...............................................................
Anlaşılmaz fikirlər
duyğular
gəlir süzülür
beynimin işıqlı şüalarından
sonra da
damla-damla qırılır tökülür
səpələnir nar dənələri kimi
aynamın önünə
yığıb yığışdırmaq
yenidən başlamaq
eyni bir həyatı
köhnə sapın üzərinə calamaq
mənasız , notsuz
xaric bir ifaya bənzəyər
intihar qoxulu keçmiş həyatı
cansixici gələcəyə baölamaq
heyhat
bu da olmadı ....
eh gör baxışında nələr gizlənir
yalançı və saxta glüşlər
öpüşlər
gəl belə edək
varlığınla bağlı olduğun insanlardan
yalanlardan
iftiralardan
xəyanətlərdən
bir nağıl danış mənə
mən də inanım
aldat
mən də aldanım...
bax belə başlayır bütün sevgilər
üzüm də qızarır qırmızı donumun
rəng ahəngindən
duyğular
gəlir süzülür
beynimin işıqlı şüalarından
sonra da
damla-damla qırılır tökülür
səpələnir nar dənələri kimi
aynamın önünə
yığıb yığışdırmaq
yenidən başlamaq
eyni bir həyatı
köhnə sapın üzərinə calamaq
mənasız , notsuz
xaric bir ifaya bənzəyər
intihar qoxulu keçmiş həyatı
cansixici gələcəyə baölamaq
heyhat
bu da olmadı ....
eh gör baxışında nələr gizlənir
yalançı və saxta glüşlər
öpüşlər
gəl belə edək
varlığınla bağlı olduğun insanlardan
yalanlardan
iftiralardan
xəyanətlərdən
bir nağıl danış mənə
mən də inanım
aldat
mən də aldanım...
bax belə başlayır bütün sevgilər
üzüm də qızarır qırmızı donumun
rəng ahəngindən
Qadın və qəddar rəssam fəlsəfəsi
Hardasa çox uzaqlarda
qəmli bir piano səslənir
Haradsa çox uzaqlarda
Rəsmlərdə donub qalan bir
mənzərə canlanır :
dəniz , piano və qadın
ağlayır qadın
səssiz düşən bu göz yaşlarında
kədərə bürünən qəribə bir sevinc var
düşən hər göz yaşında
bir sevgi hekayəsi var
bitirdi
tuketdi qadın
sevgisini , kədərini
göz yaşlarını
piano səslənir dayanmır
dəniz dalğalanır dayanır
qadın daha ağlamır
dayanıb səssiz , səmirsiz
səssizliyi ilə çıxıb getmək istəyir
qarşıda dalğalı dəniz
yanında piano
bir addim atmaqla
səssizliyə qovuşacaq
dalğalı dənizin ağuşunda
əriyib yox olacaq
geri dönsə satılacaq
ayaqlar altına atılacaq
qəddar rəssamın həyat fəlsəfəsini
canlandıran qadın
səssiz dayanıb ağlamır
dəniz isə dalğalanır dayanmır
piano da həzin bir musiqini
həkk edir bu tabloya
bədəninin, ruhunun satılmasından
doyub bu qadın
işgəncələrdən yorulub
qəddar rəssamın rəng aləminin
bir oyununa düşüb
bir addım atir
qumda oturur
bir anləq yarıqaranlıq bir filmin
yaşanmış kadrlarını görür
qumu ovuclarına doldurur
insafsız qum barmaqların arasından
axıb gedir
illərdir yaşadığı həyatı kimi
qum da onu qəbul eləmir
son ümidi dalğalı dəniz
onu səssizliyə qovuşduran dəniz
son dəfə vəfalı dostunu
sirdaşını
həyat çətinliklərinin yoldaşını
pianonu qucalayır
vidalaşır
onun qayğısını
istisini
sevgisini
özü ilə aparmaq üçün
səssizliyə qərq olmaq üçün
bir anlıq dönüb rəssamın
düz gözlərinin içinə baxır
donur baxışlarında həyat
əlini qaldırıb vidalaşır
öz Allahi ilə
ta buludlara uzanır əli
addımlayır dənizə doğru
çox sakit , səssiz
qovuşur öz istəyinə
bir rəssamın yaratdığı
aciz qadın
köçür dünyadan
səssiz , səmirsiz ..
Комментариев нет:
Отправить комментарий