10.09.2011

Xədicə İsmayılova "Azadlıq" qəzetinə rəhbər gətirilir...


         Seymur Həziyevin peysərinin niyə qaşındığı məlum oldu


“İyun ayının 2-də ailəmi də götürərək Türkiyəyə müalicəyə gəldim. Səhhətimdə çox ciddi problemlər var idi və bununla məşğul olmalı idim. Müalicənin nə qədər vaxt apara biləcəyini nəzərə almadan ailəmi də özümlə gətirdim. Buna həm də məcbur idim, onları orada qoya bilməzdim"- bu sətirlər "Azadlıq" qəzetinin baş yazarı Qənimət Zahidin məktubundandır. Qənimət Zahid bu günlərdə Türkiyədən Fransaya yola düşüb və orada ailəsinə sığınacaq istəyib. Redaktor bildirib ki, ailəsini yerləşdirdikdən sonra o, Azərbaycana qayıtmaq və ictimai-siyasi fəaliyyətinə davam etmək fikrindədir. 
Əgər xatırlayırsınızsa Qənimət Zahid Türkiyəyə səfər etdiyi zaman "Axar.az" portalı onun mühacirətə hazırlaşdığı haqda məlumat yaymışdı. O gün portalla əlaqə saxlayan Qənimət Zahid bu ehtimalı təkzib etmişdi. O zaman məlumatı "Azadlıq"  qəzetinin mətbəxinə yaxın şəxslərdən birindən almağımıza baxmayaraq, peşəkarlığına, təcrübəsinə və jurnalistikadakı xidmətlərinə böyük sayğı göstərdiyimiz Qənimət bəyin mövqeyini nəzərə alıb xəbərin səhih olmasında israr etməmişdik.
Lakin onun ailəsini Fransaya mühacir qismində köçürməsindən sonra Qənimət Zahidin  "Azadlıq" qəzetindən uzaqlaşdırıldığı barədə məlumatı yenidən xatırlamalı olduq. Həmin şəxslə yenidən əlaqə saxladığımızda məlum oldu ki, Qənimət Zahid Azərbaycana qayıtsa belə, artıq "Azadlıq" qəzetinə rəhbərlik edə bilməyəcək. Onun "Azadlıq" qəzetinin redaktoru postunda saxlanılması müvəqqətdir və Əli Kərimli tərəfindən Qənimət Zahidə Avropada mühacir statusu almaq üçün müəyyən vaxt verilib. Bildirilir ki, Əli Kərimli "Azadlıq" qəzetinə eyni adlı radiodakı simpatizanı Xədicə İsmayılovanı gətirmək niyyətindədir. Xədicə İsmayılova bir müddət əvvəl "Azadlıq" radiosunun Bakı bürosunun rəhbərliyindən istefa verib. Hərçənd "Wikileaks"-ın yaydığı sənədlərdən sonra o ehtimal həqiqətə daha yaxın olduğunu təsdiqləyir ki, Xədicə İsmayılovanın istefası heç də onun şəxsi təşəbbüsü olmayıb.
Xədicə İsmayılova zaman-zaman müxtəlif dairələrdə özünü Əli Kərimlinin qohumu kimi təqdim edib və bu təqdirmatın yaranmasının maraqlı bir tarixçəsi var. Nə Allahdan, nə də siyasi kluarlardakı bəndələrdən gizlin olmayan əski bir rəvayətə görə, Xədicə İsmayılova hələ "Günaydın" qəzetində çalışdığı dövrlərdə qəzetin rəhbərliyi tərəfindən "Yurd"a yönəldilib. Amma bu yönləndirmə heç də "ictimai-siyasi amillər" çərçivəsində aparılmayıb. Əslən Sabirabaddan olan Xədicə İsmayılovanın Əli Kərimli ilə qohumluq əlaqələri üzə çıxıb. Və bundan sonra Xədicə İsmayılovanın traybolist hissləri qabarmağa başlayıb və günlərin birində AXCP sədri Əbülfəz Elçibəyi regionçuluqda ittiham edən sualla mətbuat konfransına gətirib çıxarıb. AXCP sədri Xədicə İsmayılovanın təxminən "Fazil Qəzənfəroğlunu müdafiə etməyiniz Sizin regionçuluğunuza dəlalət etmirmi" şəklindəki sualına təqribən belə cavab verib: "Mən Turan uğrunda mübarizə aparan insanam. Məni bir regionun maraqlarının müdafiəçisi kimi təqdim etmək olmaz. Bu sizə yaraşmaz"! 
Xədicə İsmayılovanın regionçuluqda ittiham etdiyi Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə onun atası Rövşən İsmayıov nazir statuslu şəxslərdən biri idi. Elçibəyin dövründə Rövşən İsmaylov Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və konversiya komitəsinin  sədri işləyirdi və bu vəzifəyə o, indiki deputat Vahid Əhmədovun təqdimatı ilə təyin olunmuşdu. Məlumatlı şəxslərin dediyinə görə, öncələr Ayaz Mütəllibovun "direktorlar korpusu"na aid olan və Biləcəridə hansısa müəssisəyə rəhbərlik edən Rövşən İsmayılov komitə sədri kimi özünü "Mərkəzi Aran" klanının təmsilçisi kimi təqdim edirmiş, hansı ki, Xədicə İsmayılovanın Elçibəyə duyduğu traybolist qıcığın "Mərkəzi Aran və Şirvan" klanı təəssübkeşliyindən qaynaqlandığını sezmək çətin deyil. Rövşən İsmayılov 1996-cı ildə Heydər Əliyev tərəfindən işdən azad edilib və o zamana qədər Heydər Əliyevə dəfələrlə sədaqət təkilf edib.
Xədicə İsmayılovanın "Azadlıq" qəzetinə redaktor gətirilməsi isə ilk növbədə Qənimət Zahiddən sonra nəşrin rəhbərliyinə iddia edən və AXCP-də şöbə müdiri vəzifəsi tutan Seymur Həzinin maraqlarına ziddir. belə ki, Seymur Həzi "Azadlıq" qəzetinin redaktoru olmaq niyyətindədir və istisna deyil ki, onun bu iddia ilə çıxış etməyə yönləndirən şəxslərdən biri də Prezident Administrasiyasının yeni simalarından olan Elnur Aslanovdur. Seymur Həzinin AXCP mətbəxində Elnur Aslanovun "böcəyi" olması yeni fakt deyil və bu fakt onun öz kuratoruna göndərdiyi e-mail üzə çıxandan sonra ictimaiyyətə və Əli Kərimliyə yetərincə yaxşı məlumdur. Əli Kərimli tərəfindən "hakimiyyətin böcəyi" hesab olunduğuna görə Seymur Həziyevin "Azadlığ"ın rəhbərliyinə gətirilməsi qeyri-mümkündür. Odur ki, Əli Kərimli Seymur Həziyevi bu günlərdə Xədicə İsmayılovadan müsahibə almağa göndərib və bununla da öz şöbə müdirinə jurnalist kimi "ranq"ını izah etmiş olub.
Kifayət qədər dayaz təfəkkür sahibi olan olan Seymur Həziyə Əli Kərimlinin bu tapşırığının məqsədi gec çatdığından/çatdırıldığından Seymur Həzi Əli Kərimlinin nəzərinə "zibillik böcəyi" olmadığını sərgiləmək qərarına gəlib. O, "Azadlıq" qəzetinin bu günkü sayında "Əli Kərimlinin arxasınca getməyək" adlı məqalə yazıb. Həmin məqalədə o, özünü "Əli Kərimlinin arxasınca yox, yanınca gedən fiqur" hesab etməklə əslində AXCP sədrinə üç mesaj göndərib. Birincisi, Seymur Həzi Əli Kərimliyə xatırladıb ki,  AXCP sədri öz tərəfdarlarını o qədər itirib ki, indi onun arxasınca heç kim getmir, ona görə də rəsmən AXCP üzvü olan bir adamı rəsmən AXCP üzvü olmayan şəxsən  ayağına vermək olmaz. Bununla "əsəbləşəndə oxuduğu cild-cild kitabların adı yadından çıxan" Həzi Əli Kərimliyə həm də eyham vurub ki, onu özündən çıxarmasın, əks halda, AXCP-nin bütün "zibillər"ini açıb ortaya qoyacaq. İkincisi, Həzi sədrinə meydan oxuyub ki, o, artıq özünü Əli Kərimlinin arxasında yox, yanında görür, əgər Əli Kərimli də onu yanında görmək istəyirsə, Azadlıqdakı faktiki vakant posta Xədicə İsmayılovanı gətirməməlidir, ümumiyyətlə AXCP sədri onu Xədicə ilə yox, özü ilə müqayisə eləməlidir. Həzi yazısında açıq-açığına Əli Kərimlini Elçibəyin müavini olduğu halda, müstəqil siyasi kurs yürütdüyünü xatırladır və bununla nəzərə çatdırır ki, iddiaları doğrulmasa, o da Əli Kərimliyə qarşı çıxacaq. Nəhayət, Həzi "hakimiyyət böcəyi" imicindən yaxa qurtarmaq üçün Əli Kərimlinin ağzı ilə öz təmizliyindən dəm vurur, halbuki bütün media cameəsi artıq onu başına görə yox, peysərinə görə tanıyır. Ümid edirik ki, vətəni, milləti xilas etmək iddiasında olan bu qeyrətli "yazar"ın peysərinin niyə qaşınması barədə ətraflı məlumat verə bildik.
B.Köhnəqurd                       axar.az

Комментариев нет:

Отправить комментарий