Cavidan
...Və ümumiyyətlə, qeyd eləyəcəkdimmi bu tarixi özüm üçün bayram olaraq? Yer üzünə doğulanların ölmək üçün gəldiyini bilmirdimmi mən? Yer üzünə doğulanların yalnız çox az qisminin ölümdən qurtuluş vermək üçün gəldiyini də bilirdim axı. Mən ikincilərdən saymırdım özümü, birincilərdən olmaq isə hər il bəzənib doğumunu bayram eləməyə dəyməz deyə əmin idim artıq. Axı cəza çəkməyə göndərildiyin tarix niyə sənə əziz olmalıdır ki? Şüuraltı bir sevinc yalnız ona görə yarana bilər ki, sən hər cəzanın daha bir günahdan təmizlənmə şansı olduğunu anlayasan.
Ağrıların mütləq günahlarından gedir, başqa anlamı yoxdur bunun. Ona görə sevinir insanlar ən kasıb halında belə özlərinin dünyaya gəldikləri tarixə baxaraq. Çünki məhz bu tarixdə daha bir şans verilib onlara – ölümdən qurtulmaq üçün, əbədi olmaq üçün, neçə həyat bundan əvvəlki, neçə nəsil bundan qabaqkı günah əməllərinin əvəzini ödəyə bilmək üçün. Ödəməyin iki yolu var – başqalarına onların ağrılarını azaltmaq üçün elədiyin yardımlar və özünün ağrımağın... Sən ya kiminsə ağrısını azaltmaq üçün fəaliyyət göstərirsən, ya da ağrıyırsan, ağrıyırsan, ağrıyırsan...çünki bizim Yerdəki missiyamız qaba materiyanı incə materiyaya çevirib fəzaya ötürməkdən başqa bir şey deyildir əslində, çəkilən hər ah, yaşanan hər sevinc Kainatın bütün nöqtələrində əks-səda verir. Və biz doğulduğumuz andan ölən anımızadək borc qaytaran, qurbanlar verən, bir gün qaba bədənlərimizi tərk etməli olduğumuz zaman çılpaq qalıb da üşüməyək deyə, ruhumuzun incə örtüyünü yaratmağa məcbur olan canlarıq...

Комментариев нет:
Отправить комментарий