08.10.2011

Nostalji


Pərviz Sadıqov

Mənə köhnələri qaytarın...
Yenilər lazım deyil...
Köhnə səslərə, üzlərə qəribsəmişəm...
Təzələri istəmirəm...
Istəmirəm yenə də aldanım
gülərüzlərə...
sərxoş sözlərə...
Bir qədəhlik dünyada baxım
meyxoş gözlərə...
Yenilər girməsin həyatıma.
Onlarla da eyni yolu keçmək istəmirəm.
Köhnələri qaytarın, mənə
onlar gərəkdir..
onlarda qaldı gülüşüm, zarafatım.
Onların arasında itmiş varlığım.
Qaytarın mənə...
Köhnə küçələri, köhnə hissləri.
Qaytarın mənə..
Bəlkə bugün, bəlkə
sabah köçəcəm
Bu dünyadan bəlkə
vaxtsız gedəcəm.
Nisgilimi dağıdın
Köhnələri qaytarın.
Yaxın gəl baxım sənə.
Səndəmi qalıb sevincim...
Ya bəlkə səndədir cəsarətim...
Yoxsa yadlaşdıq bilmədən
böyük günlər gəlmədən.
Arzularmı dəyişdi?
Yoxsa itdilər kiçik gözlərində...
Mənə onları qaytar...
Köhnələri, indiki yadları qaytar.
Qəribəm öz içimdə...
Hardan düşdüm mən bura...
Bu misralar içinə.
Dağdanmı enmişəm,
Dərədənmi qalxmışam.
Hardan gəldim mən bura.
Yaddaşım korlaşıbdı...
Nədən yazırdım bəs mən?
Nəyin nigaranıyam....?

Комментариев нет:

Отправить комментарий