09.10.2011

Tezliklə yağış yağacaq...


Əfsanə Laçın

                Yağacaq...

Vaxt var idi
göydən yağış yağırdı.
Damlalar süzülürdü
yarpaqların üzündən.
Onda tanrı mehribandı...
Dedim:qoymayın yağış dayansın!
Amandı.
Dayandı...
Sonra leysan yağdı
dünyanın rəngini yuyub apardı,
daş yağdı
dünyanın başı yarıldı.
Indi pərvanə yağır
göyün üzündən.
Deyəsən tanrı bizi bağışlayır
yavaş-yavaş.
Tezliklə yağış yağacaq...

                Qayıdacam

Sabah
günəşin sacağına dırmanacam,
göyə qalxacam.
Gecə aydan sallanacam,
buludlara lay-lay çalacam,
ulduzların qucağında yuxuya dalacam
hər küləklə qayıdacam...

                Çəpər

                Bir körpə gülüşü yetər mənə
                m buludu ürəyimdən dağılsın.
                Bir körpə səsi bəstir mənə
                rdim parçalansın.
                BIr körpə köksümdə uyusun,
                yaralarımın sızıltısı dayansın.
                Bir körpə qoxusu gəlsin
                bəssümüm geri qayıtsın.
                Barmaq sayı çoçuk göndər
                Allah mənə
                kədərlə aramda çəpər salınsın.

Комментариев нет:

Отправить комментарий