14.04.2012

Azərbaycana xəfiyyə axını...

«Mossad»ın ölkəmizdə geniş fəaliyyətinə imkan yaradılıb

ABŞ-ın məşhur “MSNBC” televiziya kanalı Israil xüsusi xidmət orqanı “Mossad”ın agentlərinin Bakıda məskən saldığına və geniş fəaliyyət göstərdiyinə dair məlumat yayıb. Bir müddət öncə isə “The Britain’s Times” qəzetində belə iddialar yer almışdı.
Xatırladaq ki, qəzet Israil xəfiyyələrinin Irana qarşı hərbi müdaxiləyə hazırlıq və bu ölkənin nüvə fəaliyyətlərini nəzarətdə saxlamaq üçün Azərbaycan ərazisindən istifadə etdiyini, Azərbaycan tərəfinin “Mossad” agentləri üçün Bakıda geniş imkanlar yaratdığını yazırdı. Qəzetə açıqlama verən Bakıdakı Israil xəfiyyələrindən biri “Mossad” üçün çalışdıqlarını etiraf etmişdi. Iddiaları şərh edən Vaşinqton institutunun eksperti Ariel Koen isə bildirib ki, Azərbaycan ərazisində Israil xəfiyyələrinin Iran əleyhinə iş aparması qəbahət sayılmamalıdır. 

Комментариев нет:

Отправить комментарий