Böyük Türkün əsrarəngiz
ölümü və sirr kimi saxlanan vəsiyyəti…
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa
Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat
edib. Türkiyə Cümhuriyyətinin ilk prezidenti olan Atatürk 1919-cu ildə
başlatdığı Milli Qurtuluş Savaşına öndərlik edib, daha sonra Türkiyə
Cumhuriyyətini meydana gətirən inqilab və islahatları reallaşdırıb. Cumhuriyyət Xalq Partiyasının qurucusu və ilk başqanı
olan Mustafa Kamal Atatürk Osmanlı və Türkiyə Ordusunda zabit vəzifəsini yerinə
yetirib, 1921-ci ildə "Qazi" adını alıb və marşallığa qədər yüksəlib.
Bu yazıda bütün dünyanın tanıdığı bu möhtəşəm Türk barədə bilinməyən və
bilinməsi istənməyənlərdən danışmaq istədik…
Atatürk məlum olduğu kimi, "İttihat və
Tərəqqi" partiyasında idi. Masonlarla ilk ixtilafı da burada başladı.
Çünki "İttihat və Tərəqqi" cəmiyyətinin qurucuları masonlar idi. Bu
dönəm içərisində masonlarla tez-tez qarşılaşmışdı. Hətta Anadoluda bəzi
qüvvələr Atatürkü ləkələmək və nüfuzuna xələl gətirmək üçün onu
"Mason" adlandırırdılar.
Tarixi qaynaqlarda Atatürkün masonluqla bağlı heç bir
nitqi, fikri yer almayıb. Amma bir gerçək var: Atatürk 1935-ci ildə arası
kəsilməyən teleqraflar alırdı. Masonlar Atatürkə isti münasibət göstərməyə
çalışırdılar. Amma alınmadığını və rədd edildiklərini görəndə əks-hücuma
keçdilər...
Mustafa Kamal Atatürkün ölümü və ya masonlar
tərəfindən öldürülməsi, Atatürkün 1935-ci ildə mason lojalarını
bağlatdırmasından 3 il sonra reallaşdı. Yəni Atatürkün masonlar tərəfindən
öldürülməsi üçün etibarlı bir səbəb var. Orduda və hökumətdə apardığı
islahatlar səbəbi ilə "İttihat və Tərəqqi" ilə arası açılan
Mustafa Kamal bir sıra məmur və zabitlərlə də müxalif durumuna gəldi.
Ordunun siyasətdən xaricdə qalmasının lazım olduğu
fikrini təkrarladığı üçün Atatürk "İttihat və Tərəqqi" Cəmiyyəti
tərəfindən təhlükəli adam sayılmağa başlandı, onu iki dəfə öldürmək istədilər.
Yəni sui-qəsdlər reallaşdırıldı, amma başarılı ola bilmədilər. Elə həmin
vaxtdan da böyük öndərin "İttihat və Tərəqqi" Cəmiyyəti və dolayısı
ilə masonlarla da arası açıldı.
Onun masonluq haqqında tarixdə qalan maraqlı cümləsi:
"Masonluq yəhudi təriqətindən başqa şey deyil. Məmləkətimizdə də olmamalı,
nə gərək var?" sözləri ölkədə xeyli səs-küyə səbəb oldu. Atatürk açıqca
masonları sevmir və saymırdı. Bir neçə gün sonra TBMM məclisində "Masonluq
qalmamışdır, mason lojaları bağlanılmışdır" deyə bəyanat verildi.
"Anadolu" Xəbər Agentliyi 10 Oktyabr
1935-ci ildə qəzetlərə "masonların malları, mülkləri, bir sözlə hər
şeyləri ictimai təşkilatlara göndərildi" deyə xəbər yaydı. Amma İsmət
İnönünün əmriylə 1948-ci ildə masonlar təkrar ölkədə kök saldılar…
Atartürkün mason lojalarını bağlatdırması masonlar
arasında olduqca mənfi qarşılandı. Öncədən də ixtilafları olduğu üçün Mustafa
Kamal Atatürkdən birdəfəlik qurtulmaq lazım idi. Atatürkün masonlara qarşı bu
cür sərt addımı xaricdə də əks-səda yaratdı.
Türkiyə mətbuatında Atatürkün bu qərarı ilə bağlı
yazılan yazılar qonşu yunan qəzetlərinə və oradan da dünyaya sıçradı. Bu
hadisəni öyrənən xaricdəki masonlar Atatürkü yox etmək üçün sonu görünməyən
cəhdlərə başladılar. 33-cü dərəcəli mason olan yəhudi Avram Benaroyas bir
nitqində "Masonluğumuza öldürücü zərbə vuranların aqibəti faciəvi şəkildə
ölümdür. Nəhayət ki, Kremlin qətı qərarı gəldi. Onun ölümü əsrarəngiz və
sirrlərlə dolu olacaq!".
Beləliklə, Atatürklə masonların savaşı başlanmış
oldu…
Atatürkün sirli ölümü
Həkimlər Atatürkün ani ölümünü qəbul etmirdilər,
çünki bu xəbər ölkədə böyük bir təhlükə yaradar və Atatürkün sui-qəsdə qurban
getdiyi aydın olardı. Bu üzdən onun sağlamlığından şikayətləri olduğu
bildirildi. Tarixdə adı açıqlanmayan, gizli mason olduğu güman edilən həkimin
Atatürkə ilk yardım iynəsi kimi etdiyi müdaxiləsindən dərhal sonra Atatürkün
sinir orqanları iflicə uğradı.
Bundan sonra Atatürkdə tez-tez burun qanamaları, baş
gicəllənmələri, qarşısındakını tanımama kimi problemlər baş qaldırdı. 57
yaşında bir adamın birdən-birə bu cür zəif düşməsi bir qədər qaranlıq və
müəmmalı deyilmi? Düzdür, Atatürk o qədər də normal həyat tərzi keçirməmişdi,
ömrü döyüşlərdə, at belində, səngərlərdə keçmişdi, amma bu kimi şikayətləri də
heç vaxt olmamışdı...
O zaman Atatürkün ölümü niyə bu qədər sirli oldu? Onu
gerçəkdən də masonlarmı öldürdü?
Tarixi qaynaqlarda bu, qəti olaraq təsdiqlənmir, amma
ehtimallara da təsir etmir. Bir qrup araşdırmaçı hesab edir ki, Atatürkü
masonlar öldürsəydi, sadəcə qəfildən ölərdi, xəstəlik-filan keçirməzdi. Çünki
masonlar öz işlərini həmişə qəti görməyə çalışıblar. Başqa bir qrup araşdırmaçı
isə hesab edir ki, Atatürk kimi möhkəm iradəli və illərin möhkəmləndirdiyi
bədənin sahibi bu cür xəstəliklərə asanlıqla yenilə bilməzdi.
Qeyd edək ki, qısa müddət ərzində Atatürkə 4-5 cür
xəstəliyin diaqnozu qoyuldu, bu xəstəliklərin hamısı da ona günü-gündən daha
kəskin ağrılar verirdi. Halbuki Kamal Paşa o vaxtadək elə ayaqüstə, at
belindəcə onlarla xəstəlik sovuşdurmuşdu. Belə bir variant meydana çıxır:
Atatürkü masonlar xəstəliyə yoluxdurmuş olsaydı, o, bu xəstəlikləri də asanlıqla
sovuşdura bilərdi. Amma bir fakt da var ki, Atatürkün özünü pis hiss etməsi
məhz gizli mason olan həkimin iynəsindən sonra baş verib...
Bir daha qeyd edirik: düzdür, Atatürkün masonlar
tərəfindən öldürüldüyü iddiası dəqiq və qəti olaraq təsdiqlənmir, amma inkar
da edilmir. Araşdırmaçılar hətta ikinci varintın birinciyə nisbətən daha
real olmasını deyirlər.
Sirr deyil ki, Atatürkü öz dövrünün insanları
müqəddəs hesab ediblər. Cavan olmasına baxmayaraq, Türkiyə Cumhuriyyətinin
təməlinin qoyulmasında və güclənməsi yolunda çox başarılı və önəmli addımlar
atıb. Amma onun bədxahları da az deyildi, bu sıraya bəzi həkimlər də daxil idi.
…Böyük Türkə ömrünün son günlərində "qaraciyər
serrozu" diaqnozu qoyuldu. Həkimlər bunu aşırı dərəcədə alkoqollu içkilərin
nəticəsi kimi xarakterizə etdilər. Amma bunun yalnız çirkin iddia və ləkə
olduğnu hamı bilir, çünki Atatürk sutkanın demək olar ki, 18-20 saatını ayaq
üstə, at belində və iş başında olub və tarixi qaynaqlarda onun bir dəfə də
olsun, sərxoş halda olması barədə fakt yoxdur.
Həkimlərin qoyduğu diaqnoz
da fiaskoya uğradı: onun ölümündən sonra aparılan analiz zamanı bu, aydın
oldu...
Beləliklə, əlimizdəki
bütün faktları bir kənara qoyuruq və gerçək səbəbi tapmağa çalışırıq:
Atatürkün ölüm səbəbi alkoqollu içkinin nəticəsi olan
"qaraciyər serrozu" deyildi. Serrozdan ölsəydi, qaraciyəri şişmiş
vəziyyətdə olmazdı. Şişkinliyin səbəbi vurulan zəhərli iynədən ola bilərdi.
Atatürk millətini qurtarmaq və müasir sivilizasiyaya
aparmaq üçün cəbhədən cəbhəyə qaçarkən iki dəfə tutulduğu qızdırma
xəstəliyindən və müalicəsi üçün istifadə edilən dərmanların təsirindən də ölə
bilərdi.
Alkoqollu içkinin aşırı dərəcədə olmasından yaranan
"qaraciyr serrozu" 10-15 il davamlı olaraq hər gün 3 çay stəkanından
artıq araq içilməsinin nəticəsidir. Halbuki Atatürk bu sıxlıqda və bu qədər
içki içməyib...
Atatürkə spirtlə bağlı qoyulan "qaraciyər
serrozu" diaqnozunun bir səbəbi də o dövrdə bakterioloji analiz üçün
kifayət qədər avadanlıq olmamasından qaynaqlanırdı.
Bir həkim-polkovnikin bu mövzuda müdafiə etdiyi
doktorluq işi vardır ki, orada Atatürkə səhv müalicə tətbiq olunduğu izah
edilir. Yəni Atatürk sanıldığı kimi, serroz xəstəsi deyildi. Atatürkə
qızdırma-isitmə əleyhinə müalicə aparılmış, orqanizminə həddindən artıq kimyəvi
dərmanlar yüklənmiş və qaraciyəri buna görə gücünü itirmiş, serroza
çevrilmişdi.
Atatürkü müalicə edən həkim, sən demə, mason lojası
ustadı sıralarından olan həkim Kamaldır (çox mənbədə adı açıqlanmasa da, Kamal
adının yazıldığı bir neçə mənbə əldə edə bildik).
Atatürkün sağlıq durumu daha da pisləşdikdən sonra
xaricdən başqa bir həkim gətirilir. Səhv müalicə edildiyini, qaraciyərinin buna
görə iflas etdiyini deyən də bu həkimdir.
Beləliklə, ortaya belə bir sual çıxır: necə oldu ki,
Atatürkün serrozdan öldüyü açıqlandı və bütün yazılı qaynaqlara da belə qeyd
olundu?
Türkiyə Böyük Millət Məclisində Atatürkün ölüm
hesabatı gündəmə gətirildi. Mason lojaları 1935-ci ildə bağlanılmasına
baxmayaraq, Məclisdə hələ də mason millət vəkilləri vardı. Onlar israrla Məclis
başqanına "Əfəndim, onun spirt və siqaretdən öldüyünü eşitdirək,
gənclərimizə görk olar" deyirdilər. Maraqlıdır ki, bu variant səs çoxluğu
ilə qəbul edilir…
Beləcə, Türkiyə naminə canını fəda edən böyük öndərə
ləkə yaxırlar: Atatürk aşırı dərəcədə spirtli içkinin fəsadından dünyasını
dəyişib!
Atatürkün gizlədilən vəsiyyəti
Araşdırmaçı-yazar Aytunç Altındalın bildirdiyinə
görə, Atatürk bəzi fikirlərinin yalnız ölümündən 50 il sonra açıqlanmasını
istəmişdi. Amma 50 il keçdikdən sonra belə, onun bu vəsiyyəti "cəmiyyət
buna hələ hazır deyil" deyilərək yerinə yetirilmədi. Aytunç Altındal
Atatürkün "siyasi, ictimai, tarixi vəsiyyət"inin qəsdən
gizlədildiyini düşünür. Onun sözlərinə görə, Atatürkün qeydlərində, "Əbədi
payidar qalacaq" dediyi Türkiyə üçün irəlidə nələr edilməsi
mövzusunda fikir, tövsiyyə və tapşırıqları var.
Sirli vəsiyyətin 1988-ci ildə, yəni Atatürkün
ölümündən 50 il keçdikdən sonra açıldığını bildirən Altındal deyir: "O
zamankı Cumhurbaşqanı Kənan Evren və o zamankı baş nazir Turqut Özal vəsiyyəti
oxudular. Ancaq bu fikirlərə "cəmiyyətin hələ hazır olmadığını"
bəhanə edərək vəsiyyətin açıqlanmasına maneə törətdilər".
1988-ci ildə Atatürkün vəsiyyətinin üstünə 25 illik
yeni bir qadağan qoyulduğunu söyləyən Altındal vəsiyyətdə yaxın gələcəkdə nələr
olacağına və nələr edilməsi gərəkdiyinə dair öngörümlərin yazıldığını düşünür.
Növbəti məhdudiyyətin vaxtı 2013-cü ildə başa çatacaq. Vəsiyyətin açıqlanması
Böyük Atatürkün nə qədər böyük zəkaya və uzaqgörənliyə sahib olduğunu ortaya
qoya bilər.
...Üstün zəkaya, nadir sərkərdəlik qabiliyyətinə və
mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Atatürk nəinki Türk dünyasının,
eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun öncəgörüşü və dərin
düşüncəsinin sayəsində Türkiyə bu qədər güclənə və özünü təsdiqləyə bildi.
Bu gün bütün türklər
dünyadakı ən qüdrətli türk dövlətinin varlığı üçün bir böyük insana əbədi
olaraq borcludurlar - Mustafa Kamal Atatürkə!
PS: Türkiyə Böyük Türkün doğum gününü və
"Gençlik ve Spor Bayramı" gününü qeyd edir. Qardaş ölkənin və bütün
türklərin bayramı mübarək olsun!
Lalə Mehralı publika.az
Комментариев нет:
Отправить комментарий