Kiçik Qafqaz sıra dağları ərazisində Nuh Peyğəmbərin izləri aşkar edilib. Bu barədə məlumat verən ixtisasca mühəndis olan İlqar Əliyev bildirir ki, bu ərazi Şəkidən başlayıb Qobustan qayalarında başa çatır. Onun sözlərinə görə Qobustan qayalarında olan rəsmlərin əsl məzmunu indiyə qədər açılmayıb. İlqar Əliyev Qobustan qaya rəsmlərini öz təhqiqatları üzrə açıqlamaq məqsədi ilə əlyazma şəklində kitabça tərtib edib.
O belə hesab edir ki, Qobustan qaylarındakı əsərlər yalnız Azərbaycanın deyil, bütün dünyanın tarixini, mədəniyyətini özündə əks etdirən sirrlərlərlə doludur. İlqar Əliyev qeyd edir ki, Tanınmış səyahətçi Tur Heryerdal Qobustan qədim insanın bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkan olduğunu, əcdadlarımızın həyat tərzini əks etdirən son paleolit dövrünə aid minlərlə qayaüstü təsvirlərə məhz Qobustan ərazisində rast gəlmək mümkün olduğunu yazıb.
“Mənim tədqiqatlarıma görə həmin insan Həzrəti Nuh Peyğəmbərin nəslindən gələn ən son insandı və özünün babasının məzarını, məzarın önündəki şəhəri dünya gözündən gizlədərək bu günkü Azərbaycan xalqının öhdəsinə buraxmış və şəhərə gedən yolu Qobustan qayaları üzərində olan xəritələrdə göstərmişlır” – deyə İlqar Əliyev bildirir.
Azərbaycan qayaüstü təsvirlərinin Hindistanın Madhya Pradeş ştatındakı Bhimbetka qayaüstü təsvirlər ilə oxşarlığı olduğunu deyən İlqar Əliyev bildirdi ki, çəkilmə texnologiyası fərqli olsa da, təsvir detalları, səhnələr oxşardır. Onun sözlərinə görə, eramizdan əvvəl I yüz illikdə yaşayan xalqlar öz mədəniyyətini işğalçılardan qoruyaraq Qobustan qayaları üzərinə həkk ediblər.
İlqar Əliyev iddia edir ki, qayalarda Roma imperiyasından olan Pompeyin, Makedoniyalı İsgəndərin, Kleopatranın rəsmləri var. İlqar bildirir ki, onun araşdırmalarına görə Azərbaycanda misli görünməyən qədim tarıx gizlənib. Nuh peyğəmbərlə bağlı bir çox əfsanə və rəvayətlərin olduğunu deyən Elmlər Akademiyasının Arxeologiya instutunun arxeoloqu Nəsib Muxtarov hətta Şəkinin qədim Nuxa adının da Nuh peyğəmbərlə əlaqələndirildiyini qeyd etdi.
Bunun daha çox mifoloji aspektlə bağlı olduğunu deyən arxeoloq Nəsib Muxtarov elmi həqiqətə daha yaxın olduğunu dedi.
Anspress

Комментариев нет:
Отправить комментарий