16.08.2012

Qüds günü yalnız Fələstinə aid bir gün deyil

www.Xebername.az İnternet qəzetinin müsahibi İlahiyyatçı alim Emil Kazımovdur

Qüds gününün mahiyyəti barədə nə deyə bilərsiniz?
Mehriban və bağışlayan Allahın adı ilə.Qüds günü 1982-ci ildə İran İslam İnqilabının banisi mərhum Ayətullah-uzma İmam Xomeyni (r.a) həzrətləri tərəfindən ümumən dünya xalqlarına Qüdsün müdafiəsi üçün verilmiş bir tədbirdir.Əgər o zamanlara nəzər salsaq görərik ki,İmam Xomeyni (r.a) zülmün belin sındırıb inqilab etdi.İnqilabdan sonra bütün əhli-sünnə alimlərinin fikri bu idiki İnqilabdan sonra İmam Xomeyni bir başa Şiəliyi təbliğ edəcək.Amma tamam əks proses baş verdi.İmam Xomeyni elə bir şəxsləri müdafiə etdi ki,demək olarki o şəxslərin hamısı əhli-sünnə məzhəbinə aid idilər. İ
mam Xomeyni(r.a) məqsədi zalımın qarşısında durmağı və məzlumun yanında olmağı bütün dünyaya çatdırmaq idi. O dövrdə və halhazırda da zalım qondarma İsrail dövlətidir, məzlum isə Fələstin xalqıdır. Bəziləri elə bilirlər ki, Qüds günü yalnız Fələstinə aid bir gündür.Amma yenə deyirəm ki o dövrdə Fələstin zülmə məruz qalırdı və haqqına təcavüz olunurdu. İmam Xomeyni (r.a) bir Hz.Əli(ə) şiəsi olaraq, İmam Hüseyn məktəbinin davamçısı olaraq bütün müsəlmanları zülmə, zalımlara etiraz etməyə çağırdı və Qüds gününü təsis etdi. Qeyd etdiyim kimi o dövrdə Fələstin xalqı zülmə məruz qalırdı, amma bu gün dünyanın bütün yerlərində məzhəbindən asılı olmayaraq müsəlmanlar zalımların zülmünə məruz qalırlar. Mən zalım deyəndə bir başa xristianları,yəhudiləri və sionizmin diktəsi ilə hakimiyyətdə olub zülm edənləri nəzərdə tuturam.Sionizm və yəhudi lobbisi dünyada kifayət qədər güclüdür, amma yaşamağa torpaqları yoxdur. Onlar tarixdəki Peyğəmbərləri(ə) bəhanə gətirərək Fələstin ərazisini işğal etdilər.Əvvəlcə holokost bəhanəsini gətirdilər. Amma bizim bunlara cavabımız bu oldu ki,Holokostu əgər almanlar törədibsə gedin intiqamınızı onlardan alın, müsəlmanlarla nə işiniz var? Göründüyü kimi bunlar bir çox bəhanələrlə Fələstini və Qüdsü işğal etdilər.Bunların məqsədi müsəlmanları yer üzündən təmizləmək və böyük İsrail dövlətini qurmaqdır. Bu gün Azərbaycan ermənilərin işğalına və soyqırımına, Myanmada Arakan müsəlmanları buddistlərin zülmünə və digər xalqlar zalımların zülmünə məruz qalırlar.Amma Myanmada vəziyyət daha pisdir.Müsəlmanları diri-diri yandırırlar və ölkələrindən qovurlar. Tarixdə görsənməyib ki, buddistlər kütləvi şəkildə insanları qətl etsinlər. Buddistlərin sırf inancları guya əxlaq üzərinə qurulub. Deməli baxanda görürük ki, burada kimsə fitnə salır və Myanmada qarşıdurma yaradır.Hər kəs bilir ki, bu qarşıdurmanın arxasında sionizm dayanır. Suriyada baş verən hadisələrin, Misirdə baş verən hadisələrin arxasında bir başa ABŞ və sionizmin dayanır.Məsələn Hüsnü Mübarəkin vaxtında Qəzza mühasirədə idi,bu gün Misirin prezidenti Mursinin olmasına baxmayaraq Qəzza yenədə blokadadır.Yəni axtarsaq görəcəyik ki, harda fitnə varsa onun arxasında sionizm var.Mən əminliklə söyləyə bilərəm ki, əgər bu gün Suriya hakimiyyəti ABŞ-ın və Qərb ölkələrinin tələblərini qəbul etsə orda dağılan binaları belə bir-bir yenidən ABŞ və müttəfiqləri təmir etdirəcəklər.Yəni kim bunlara düşməndirsə zülmə məruz qalır, dostları isə göz qabağındadır.

Bəziləri İslami müdafiə məslələrində hər hansı müctehiddən icazəsi olmasını bildirir.Məsələn hicaba qoyulan qadağayla bağlı insanlar etirazların bildirəndə bəziləri müctehidin icazəsinin olub olmadığını soruşurdular.Qısaca deyə bilərsinizmi müdafiə nədən ibarətdir?
Əgər müctehid hamıdan əvvəl hiss etsəki təhlükə var müdafiə ilə bağlı fətva verə bilər.Məsələn Ayətullah-uzma Sistaniyə bir məsələylə bağlı sual verirlər ki, 2 müctehiddi,biri ələmdi biri isə yox.Biri fiqhi məsələlərdə ələmdi digəri siyasi məsələlərdə,biz hansı müctehidə təqlid edək?! Ayətullah Sistani (Allah onu hifz etsin) buyurur ki, təqlid məsələlərində insan gərək fiqhdə ələm olana təqlid etsin,amma siyasi məsələlərdə ələm olmaqda təqlidin şərtidir.Müctehid tam əhatəli olmalıdı. Bəli müctehid əvvəlcədən hiss edərsə təhlükə var, Vəliyyi fəqih hiss etsə mümkündür əvvəlcədən fətva versin.Amma bir nəfər gəlib sənin evinə girib və evindəki qadın qızların başından hicabı açıb ,oturub gözləməyəcəyik ki müctehid fətva versin. Bizdə gərək hərəkət edək.Təbii ki, müctehidin bu barədə mövqeyi bizə məlumdur. Bizim hicab məsələsiylə bağlı mövqeyimiz hər kəsə məlumdur . Allah(CC), Qurani Kərimin Ənfal surəsi 39-cu ayəsində buyurur ki:Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür.

Bu yaxınlarda mətbuatda bir ruhani belə bir çıxış etdi ki, Ramazan ayı ibadət ayıdır,hər kəs başın aşağı salsın ibadətini etsin.Bununla bağlı nə deyə bilərsiz?
Mən o xəbəri tam oxudum.Orada deyilirdi ki,"Möminlər bir birlərinin arxasınca qeybət etməsinlər və başlarını aşağı salıb ibadətlərini etsinlər". Bütün ruhanilərin ehtiramı bizim üçün möhtərəmdir.Amma bildirmək istəyirəm ki, bu söz elə özü qeybətdir. Çünki mömin qeybət etməz .Üçüncüsü deyir ki, Ramazan ayı ibadət ayıdır və başlarını aşağı salıb ibadətlərini etsinlər. Baxaq görək ibadət ayı deyəndə nə başa düşülür? İbadət əgər namaz qılmaqdan ibarətdirsə bəli bu günə qədər atılan bütün addımlar səhvdir. İbadət ümumi bir anlamdır,ümumi bir sözdür. İbadətin müxtəlif növləri var. İmam Əli(ə) buyurur:"İbadətin ən mükəmməli cihaddır". Cihadında 2 növü var:1) Düşmənə qarşı cihad, 2) Nəfsə qarşı olan cihad. İmam Əli (ə) başqa hədisində buyurur ki:Cihadda başda olmaqla ibadətlərin ən üstünü Əmr be məruf, nəhy əz münkərdir. Hətta Peyğəmbər (s) buyurur ki:Bütün bu ibadətlərin müqabilində Əmr be məruf, nəhy əz münkər ağız suyunun dəryaya olan nisbətindədir. İmam Əli (ə) Nəhcül Bəlağədə Kəlamati Qisarda 436-cı bəndində buyurur: ...Amma bunların hamısından üstün olan ibadət zalimin üzünə haqq sözü deməkdir.Bu gün Azərbaycanda məscid sökütüsü, hicaba qadağa, azana qadağa, dini atributlara qadağa,dini kitablara qadağa kimi qadağalar və senzuralar var bizim məqsədimiz bu mövzuları tək-tək müdafiə etmək deyil.Bizim məqsədimiz Allahın rizayətidir.Allahın rızayəti hansı işdə varsa, biz o işdə varıq. Allahın razılığını sözünü başqa bir sözlə əvəz etmiş olsaq,onunda adı vəzifəmizə əməl etməkdir. Vəzifəyə əməl etmək, Allahın razılığını qazanmaqdır. Vəzifəyə əməl etməmək Allahın rizayətindən qaçmaqdır. O ruhani qardaşımız ki, deyir ramazan ayı ibadət ayıdır və möminlər başlarını aşağı salsınlar ibadətlərini etsinlər,bəli belə başa düşürük ki, bu şəxs ibadət deyəndə yalnız namaz qılmağı və oruc tutmağı nəzərdə tutur.Amma heç birimiz İmam Əli (ə) çox bilmirik və İmam (ə) buyurur ki, ən böyük ibadət zalımın üzünə haqqı deməkdir.

 İslamda təqiyyə və müqavimət məsələriylə bağlı, zalıma xahiş edib etməməklə bağlı, hal hazırda Fələstində olan Mahmud Abbasın mövqeyi və Həmasın müqaviməti ilə bağlı nə deyə bilərsiniz?
İmam Xomeyni(r.a) o vaxt Yasər Ərafata məktublarında yazırdı ki:"Bu tağut rejimi, sənin xalqının qanına susayıb,bununla heç bir xahiş,minnət və sənəd yolu ilə razılıq əldə olunmayacaq".İmam Xomeyni bunları təcrübə etmişdi.Birdən birə gəlib inqilab etməmişdi.Müctehidlər icazə verdi,dünya miqyasında müzakirələr oldu və inqilab gerçəkləşdi.Hətta 8 illik İran və İraq müharibəsində heç kimdən xahiş etmədilər,amma dünyanıda dəvət edilər ki, gəlin sizdə bu məsələdə mühakimə edin. Amma heç kəs yaxın gəlmədi.Elə ki, İslam ordusu qabağa getdi və bunlar fikirləşdilər Bağdad da işğal olunacaq dünya ictimaiyyəti dedi gəlin sülh edək.Ona görədə İmam Xomeyni(r.a) bu məsələləri təcrübə etmişdi və Yasər Ərafata bəyan edirdi ki, “Bu tağut rejimi, sənin xalqının qanına susayıb,bununla heç bir xahiş,minnət və sənəd yolu ilə razılıq əldə olunmayacaq.” Mən cürət edib bunu deyə bilərəm ki,həqiqətəndə Azərbaycanda bir məsələ var oda hicab problemidi inkişafın qarşısını alır.Biz müctehiddən bir yolla icazə alıb uşaqlarımızı məktəbə göndərə bilərik ki,məktəbin qapısının qarşısında hicabların açsınlar dərsə getsinlər və dərsdən çıxanda yenidən hicablarını geyinsinlər.Amma bu bizim üçün izzət gətirməyəcək.Çünki düşmənin proqramı tədricən islamı aradan aparmaq yox , özü istədiyi islamı ölkədə yaymaqdır. Biz ona Amerika İslamı deyirik.Diqqət edin sionizm ən böyük fitnələrindən biri budur ki, əvvəlcə islamın problemlərini (Allahın hökmünü) versin siyasətin öhdəsinə əgər siyasət bacarmazsa radikal qüvvələri salsın meydana və hakimiyyətdə görsün ki, təhlükə var etiraz edənləri tutub salsın zindana. Amma bu heç vaxt ola biləcək bir şey deyil.Biz heç vaxt Allahın hökümlərini heç kimin öhdəsinə vermərik.Baxaq görək bizim hansı İmamımız(ə) Muaviyəyə, Yezidə, Mərvana və digər zalımlara zülmlərinin müqabilində xahiş edib? Tarixdə harda olub belə bir şey? Əgər xahiş etmək lazım olsa idi İmamlarımız edərdi.İmamlarımız elə bir dövrdə yaşayıb ki,ya ölürdün yada qalırdın.Amma bizi öldürən yoxdur.O zaman nə ehtiyac var xahiş etməyə, biz ki müqavimətimizlə məscid problemimizi həll etdik və inşallah müqavimətimizlə hicab probleminidə həll edəcəyik.Allah mömin bəndəsini hər bir şeydən üstün tutur. Amma mömin bəndə zalıma minnət edir,xahiş edir.O zalımaki iç üzün açıb göstərib,hicablı qadınları yerlə sürüyüb, hicabı qadağan edib, azanı qadağa edib, məscid söküb.Hətta Təhsil Naziri qəti olaraq bildirib ki, hicab olmayacaq biz bu məsələni bir dəfəlik həll etmişik,bununla belə bəziləri möminlərin izzətiylə oynayaraq xahiş məktubları ünvanlayırlar.Mətbuatda belə bir xəbər getmişdi 12 yaşlı bir erməni qızı Azərbaycana sülh məktubu yazıb və 2 saat keçməmiş məktuba cavab yazıblar, amma 130 minlik vətəndaşın səsinə əhəmiyyət verilmədi.Yəni bu qədər insanın izzətini ayaqlar altına atdılar.


Son sözünüz nədir xalqımıza və saytımızın izləyicilərinə....?
Ramazan ayı mübarizə ayıdır.Gərək biz Allaha sığınıb mübarizəmizi davam etdirək.Bu ayın son günlərin yaşayırıq.Mən özüm barədə deyirəm "İl boyu Quranda olan hökümləri müdafiə edə bilmirik,amma əhya gecələrində Quranı başımızın üzərinə qoyub Allahdan bağışlanmaq diləyirik".Allah bizim axirətimizi xeyir etsin.Fitr bayramı münasibətilə başda İmam Zaman(ə.f) və Vəliyyi Fəqih olmaqla dünya müsəlmanlarınının və Azərbaycan xalqının bayramını təbrik edirəm.İnşallah bayram namazlarımızı Qüdsdə və Qarabağda qılarıq....

 Təşəkkür edirik.

Müsahibəni aldı İlkin Hüseyni

Комментариев нет:

Отправить комментарий