Gecə, qəhvə, tənbəki...
Zülmət gecə...
Zülmündən çox zövqü var.
Tünd qəhvə də yaraşır bu zülmətə
Lampanın işığı da
ancaq dərdi səpələmək üçündür
Gecə elə dad çıxarmaq üçündür.
Kim nə deyirsə desin...
Xəyal qurmağın da öz ləzzəti var...
Kim nə qədər üzülürsə üzülsün.
Yalnız silahlar son işıq saçmır ki...
Yerə yıxılıb göyə baxanların
Gözlərindəki son ümid işığını
Oğurlayır ulduzlar.
Ulduzların göydən düşdüyü kimi
Gözdən düşənlər ürəkdən qaçmır ki...
Hey nə qədər düşünsün də üşənsin.
Zülmət gecə...
Zülmündən çox zövqü var...
Bu gecəyə tünd tənbəki yaraşır...
Alışqanın odu da...
İçindəki tüstünü pərdələmək üçündür.
Gecə elə xumarlanmaq üçündür.
Kim nə deyirsə desin,
Köks ötürməyin də öz hikməti var...
Kim nə qədər bükülürsə bükülsün.
Yalnız bıçaqdan son ağrı sancmır ki...
Balaca bir otaqda
masa arxasında qərar tutub
Qərarsız baxışları
pəncərəyə sancılan insanların
Yetim dərvişləridir...
Pəncərə də saxlamaz...
Tinlər də qucaq açmaz...
Heç bir dağın, dərənin,
meşənin, şəhərin sakini olmaz...
Hey nə qədər dolaşsın da qovuşsun.
Qadın
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən,
Bu darısqal dünyanı
geniş edə bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Bütün şeirlerimin mənasın dəyişərsən.
Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm...
Ruhən mənimsən, qadın!
Mənsə əsirinmişəm.
Acı verən sevginin şirinliyidi busən.
Şirin sayılan canın
mətinliyidi busən.
Sinəmdəki yetimin
tək sevincidi busən.
Bu çırpınan ürəyi rahatlaya bilərsən.
Bir nəfəsinlə əlbət,
bircə toxunuşunla...
Bütün "sən" və "mən"ləri
"biz" deyə dəyişərsən.
Mən çoxdandır adiliyə düşmən kəsilmişəm
Sən xəyalımsan, qadın,
Mənsə yesirinmişəm.
Son sözlərin hələ də qulağımda səslənər.
Sənsizliklə yorduğun
ruhum çətin dinlənər.
Bu çeynənmiş mövzuya
Hikmət qata bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Hər daxmanı saray edə bilərsən...
Mən çoxdandır asiliyə düşmən kəsilmişəm.
Sən fədaimsən, qadın!
Mənsə nəzirinmişəm!
Bir əsgərin vidası
Elə boynunu büküb
durma qarşımda günahkar kimi...
Heç altdan-yuxarı baxışlarınla
Məni qınamaq da boş....
Sevgi zəhləmi töküb,
Sən nifrət et, ürəksiz, qəddar kimi...
Bilirəm, ayrılığın adı belə ürküdür...
Eşqi sınamaq da boş.
Elə qıyma gözlərini
Sanki bəbəklərimdən ənginliyə baxarsan...
Bərəltməyin də yox əhəmiyyəti...
Sən elə həyəcanla
Son “bəlkə”min axırına çıxarsan.
Sadəcə heç nə demə...
Gözlərimdən tökürəm
Bənzətdiyin hansısa dəryanın son balıqlarını.
Sadəcə baxma mənə...
Əllərimdən tökürəm
Bənzətdiyin ən qutsal ocağın doğmalıqlarını...
Sadəcə qıyma mənə...
Götür apar sevgimizin son qalıqlarını.
Daha inanma mənə...
Hətta “ayrılırıq” deməyimə də.
Sadəcə iki nəfər azlıq etdi
dünyanı dəyişməyə...
İstəsən bunu düşün.
Başqa heç nə düşünmə...
Qəti elə zənn etmə...
Səngərdə səni də düşünəcək halda olacam...
Əgər vicdanın rahat olacaqsa...
Məncə sən bunu düşün.
“Səni gözləyim, yoxsa...” sualının cavabı
Deyəsən bir az uzun oldu...
Düşün.
Zülmət gecə...
Zülmündən çox zövqü var.
Tünd qəhvə də yaraşır bu zülmətə
Lampanın işığı da
ancaq dərdi səpələmək üçündür
Gecə elə dad çıxarmaq üçündür.
Kim nə deyirsə desin...
Xəyal qurmağın da öz ləzzəti var...
Kim nə qədər üzülürsə üzülsün.
Yalnız silahlar son işıq saçmır ki...
Yerə yıxılıb göyə baxanların
Gözlərindəki son ümid işığını
Oğurlayır ulduzlar.
Ulduzların göydən düşdüyü kimi
Gözdən düşənlər ürəkdən qaçmır ki...
Hey nə qədər düşünsün də üşənsin.
Zülmət gecə...
Zülmündən çox zövqü var...
Bu gecəyə tünd tənbəki yaraşır...
Alışqanın odu da...
İçindəki tüstünü pərdələmək üçündür.
Gecə elə xumarlanmaq üçündür.
Kim nə deyirsə desin,
Köks ötürməyin də öz hikməti var...
Kim nə qədər bükülürsə bükülsün.
Yalnız bıçaqdan son ağrı sancmır ki...
Balaca bir otaqda
masa arxasında qərar tutub
Qərarsız baxışları
pəncərəyə sancılan insanların
Yetim dərvişləridir...
Pəncərə də saxlamaz...
Tinlər də qucaq açmaz...
Heç bir dağın, dərənin,
meşənin, şəhərin sakini olmaz...
Hey nə qədər dolaşsın da qovuşsun.
Qadın
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən,
Bu darısqal dünyanı
geniş edə bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Bütün şeirlerimin mənasın dəyişərsən.
Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm...
Ruhən mənimsən, qadın!
Mənsə əsirinmişəm.
Acı verən sevginin şirinliyidi busən.
Şirin sayılan canın
mətinliyidi busən.
Sinəmdəki yetimin
tək sevincidi busən.
Bu çırpınan ürəyi rahatlaya bilərsən.
Bir nəfəsinlə əlbət,
bircə toxunuşunla...
Bütün "sən" və "mən"ləri
"biz" deyə dəyişərsən.
Mən çoxdandır adiliyə düşmən kəsilmişəm
Sən xəyalımsan, qadın,
Mənsə yesirinmişəm.
Son sözlərin hələ də qulağımda səslənər.
Sənsizliklə yorduğun
ruhum çətin dinlənər.
Bu çeynənmiş mövzuya
Hikmət qata bilərsən.
Bir nəfəsinlə əlbət,
Bircə toxunuşunla...
Hər daxmanı saray edə bilərsən...
Mən çoxdandır asiliyə düşmən kəsilmişəm.
Sən fədaimsən, qadın!
Mənsə nəzirinmişəm!
Bir əsgərin vidası
Elə boynunu büküb
durma qarşımda günahkar kimi...
Heç altdan-yuxarı baxışlarınla
Məni qınamaq da boş....
Sevgi zəhləmi töküb,
Sən nifrət et, ürəksiz, qəddar kimi...
Bilirəm, ayrılığın adı belə ürküdür...
Eşqi sınamaq da boş.
Elə qıyma gözlərini
Sanki bəbəklərimdən ənginliyə baxarsan...
Bərəltməyin də yox əhəmiyyəti...
Sən elə həyəcanla
Son “bəlkə”min axırına çıxarsan.
Sadəcə heç nə demə...
Gözlərimdən tökürəm
Bənzətdiyin hansısa dəryanın son balıqlarını.
Sadəcə baxma mənə...
Əllərimdən tökürəm
Bənzətdiyin ən qutsal ocağın doğmalıqlarını...
Sadəcə qıyma mənə...
Götür apar sevgimizin son qalıqlarını.
Daha inanma mənə...
Hətta “ayrılırıq” deməyimə də.
Sadəcə iki nəfər azlıq etdi
dünyanı dəyişməyə...
İstəsən bunu düşün.
Başqa heç nə düşünmə...
Qəti elə zənn etmə...
Səngərdə səni də düşünəcək halda olacam...
Əgər vicdanın rahat olacaqsa...
Məncə sən bunu düşün.
“Səni gözləyim, yoxsa...” sualının cavabı
Deyəsən bir az uzun oldu...
Düşün.
Комментариев нет:
Отправить комментарий