Xəbər verildiyi kimi Avropa İttifaqı hüquq müdafiəçi, “Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla həmrəylik nümayiş etdirmək üçün onun ailə üzvlərilə görüşməyi planlaşdırmışdır. Bu günlərdə belə görüş baş tutmuşdur.
Noyabrın 15-də Avropa İttifaqının Bakı ofisinin Siyasət, iqtisadiyyat və informasiya şöbəsinin rəhbəri cənab Toralf Pilzin başçılıq etdiyi diplomat heyəti Hilal Məmmədovun evinə gələrək, onun ailə üzvlərilə görüşmüşdür. İki saata qədər davam edən görüşdə qonaqlar Hilal Məmmədovun həbs olunduğu gündən bu günə qədər baş verənlər barədə, habelə qondarma iş üzrə istintaq və məhkəmələrin gedişilə maraqlanmışlar.
Cənab Toralf Pilz bildirmişdir ki, Avropa İttifaqının mərkəzi qərərgahının göstərişilə baş tutan bu görüş eyni zamanda siyasi məna kəsb edir və bu onun təmsil etdiyi qurumun Hilal Məmmədovla həmrəyliyinin ifadəsidir.
Qonaqlar həmçinin Hilal Məmmədovun sağlamlıq durumu ilə maraqlanmış və alimin sağlamlıq durumunu əks etdirən tibbi arayışlar qonaqlara təqdim edilmişdir.
Görüşə qatılan Hilal Məmmədovun atası professor Əlif Məmmədov ailə adından göstərdikləri diqqətə görə Avropa Birliyinin simasında diplomatlara dərin təşəkkürünü bildirmişdir.

Комментариев нет:
Отправить комментарий