18.11.2012

Lazım olsa bəzən 100 sözə də sığışmaq olur


Gülnarə Rəfiq. Avtoportret

… Çığırtı. İşıq. Ağrı. Sıxıntı.
Beşik. Bələk. Ağlama, zırıltı
Söz. Addım. Soyuqdəymə. Həkim
Qaçhaqaç. Oyuncaqlar. Qardaş.
Həyət. Yelləncək. Uşaq bağçası.

Məktəb. Üç. Şapalaq. Və beş.
Badalaq. Qips. Çarpayı. Bu da heç.
Həyət. Dostlar. Avaraçılıq. Fors.
İnstitut. Bahar. Bulvarda skamya.
Şampan. Dondurma. Kofe.
Yay. Sessiya. Kəsir. Bəsdir!
Meydan. Azadlıq. Çığırtı. «Ablom».
Yenə kofe. Sessiya. Müdafiə. Diplom.
Boşluq. Planlar. Ümidsizdik. Əlacsızlıq.
Romantizm. Sevgi. Ulduzlar. Aylı gecə.
Əllər. Dodaqlar. Yuxusuz gecə.
Toy. Vağzalı. Qaynana-baldız.
Dava-dalaş. Tənhalıq və balış.
Ev. İş. Ev. Ailə.
Yay. Günəş. Qış. Soyuq.
Oğul. Pampers. Beşik. Bələk.
Stress.  Xəyanət. Zırıltı. Yenə balış.
Biznes. Pul. Planlar. Bankrot.
Televizor. Serial. Arabir fakstrot.
Bağ. Əncir-üzüm. Kabab.
Dəniz. Xəzri-gilavar. Həyat ortabab.
… Eynək. Ağarmış saç. Ağrılı baş.
Nəvə. Pampers. Beşik.
Stress. Təzyiq. Yenə balış.
Ürək. Böyrək. Əsəb. Həkim.
Sıxıntı. Ağrı. İşıq…
 …Çığırtı.
Tabut. Halva. Nekroloq. Ağlama, zırıltı…

Комментариев нет:

Отправить комментарий