18.11.2012

Azərbaycan classik şeri və ədəbiyyatı üzərində özəl düşüncələrim

Boyuk Emin CeferAzərbaycan classik şeri və ədəbiyyatıyla ilgili onu türk, ərəb və fars classik ədəbiyyatıyla qarşılıqlı etgidə və alış- verişdə olduğu üzrə ayrıca araşdırmaq doğru olmazdır düşünürəm. 1- inci bölümdə azərbaycan classik ədəbiyyatı, azərbaycan dövlıtlırinin egəmən olduğu ölkələrdə yazılan əsərlərlə yanaşı xorasanda və anadolu ölkələrində azərbaycan  səbkində yazılan yapıtlarıda qapsamaqdadır. Bu əsərlərdən  : gəncəli nizami, mövləvi, sultan vələd, həsən oğlu, şeyx səfi, imadəddin nəsimi, fizuli və başqalarını sıralamaq olar. Nəysə məncə bu sıradan nizami və mövləvi gənəlliklə farsca yazdıqları üzrə onları və onlara tay farsca əsər qoyub gedənləri azərbaycan classikləri kimi dəyərləndirmək böyük bir yanlışdır. Azərbaycanın classik ədəbiyyatıyla bağlı sayın araşdırıcı m. Kərimi “tarixe ədəbiyyat azərbaycan” adlı dəyərli əsərinin 2- inci cilidinin 64-üncü səfəsində yazır:

1-“Azərbaycanın classik ədəbiyyat tarixi 6-cı hicri yüz illigindən başlanır.7- inci və 8-inci hicri yüzilligində azərbaycan türkcə ədəbiyyatı tam azərbaycanı bürüyür”.
Nəysə classik ədəbi termini, classik şeri və ədəbiyyatı bir araya gələndə azərbaycan classik ədəbiyyatı, şeri və şairləri ilə bağlı :
1-classik ədəbi yapıt nə deməkdir?
2-classik şer və ədəbiyyat dünya səviyyasində hansı yapıtları qapsayır?
Bu qonu ilə ilgili özəl baxışımı açıqlamadan sayın süleyman oğlunun baxışını bir fakt kimi qeyd etmək istəyirəm:
 -“classik şer avrupa, özəlliklə fıranvsız şerinin bəlli bir axımıdır.classik şer dediyimizdə humerdən virjilə,  virjidın dantə ilə şekspiyerə kimi geniş bir şer cuğrafisini də qəsd edirik.ayrınti(detay)lara giərsək, classik şer, buvalo ilə malerbin quralları ilə fıransız şerində başlamış, bir çeşit orta çağ şer anlayışıdır avcaq. Örnək üçün bu baxımdan bizim classik çerimiz yoxdur daha doğrusu, divan şerimiz var və classiklərimiz”
(süleyman oğluyla danışıq- berlin azərbaycan kültür ocağı)


Boyuk Emin Cefer

Комментариев нет:

Отправить комментарий