Şirinxanım Kərimbəyli Şadiman
Könül Səidə diləkçəm...
Ey tovuz misallı, ey sona hallı,
Nazlı gözəllərin mələyi, Könül.
Sözləri avazlı, xoş dili ballı,
Coşan duyğuların ürəyi, Könül.
Səhərlə oynasın ömrün anları,
Tanrım sənə yazsın xoş zamanları,
Dünyanın ən zərif əhd-peymanları,
Çağlatsın ruhunda diləyi, Könül.
Vaxtın haqq qapısı bəxtə açılsın,
Günəşi aləmə nurtək saçılsın,
Ümidin yoxuşa qələbə çalsın,
Boğsun şərdən əsən küləyi, Könül.
Qəlbin məhəbbəti gözlərdə gülsün,
Kirpiklər üstündən kədəri silsin,
Dostların dostluğun qədrini bilsin!
Bu amal həyatın gərəyi, Könül.
Səidin sevdanla coşsun, çağlasın,
Analıq eşqinə ülfət bağlasın,
Anlar sevincinlə bir növrağlasın,
Uçmasın ruhunun dirəyi, Könül.
Gənclik də gözəldi, həyat da gözəl,
İnsan mətin olsa titrəməz təməl,
Yaddaşdan silinib getməz pak əməl…
İtməsin ağlının əməyi, Könül.
Cavanlıq ömürün sultan zamanı…
Yaman çalxatmısan bu Şadimanı,
Təbinin dilində gəzir fərmanı,
Fələyin əlində ələyi, Könül.
Könül Səidə diləkçəm...
Ey tovuz misallı, ey sona hallı,
Nazlı gözəllərin mələyi, Könül.
Sözləri avazlı, xoş dili ballı,
Coşan duyğuların ürəyi, Könül.
Səhərlə oynasın ömrün anları,
Tanrım sənə yazsın xoş zamanları,
Dünyanın ən zərif əhd-peymanları,
Çağlatsın ruhunda diləyi, Könül.
Vaxtın haqq qapısı bəxtə açılsın,
Günəşi aləmə nurtək saçılsın,
Ümidin yoxuşa qələbə çalsın,
Boğsun şərdən əsən küləyi, Könül.
Qəlbin məhəbbəti gözlərdə gülsün,
Kirpiklər üstündən kədəri silsin,
Dostların dostluğun qədrini bilsin!
Bu amal həyatın gərəyi, Könül.
Səidin sevdanla coşsun, çağlasın,
Analıq eşqinə ülfət bağlasın,
Anlar sevincinlə bir növrağlasın,
Uçmasın ruhunun dirəyi, Könül.
Gənclik də gözəldi, həyat da gözəl,
İnsan mətin olsa titrəməz təməl,
Yaddaşdan silinib getməz pak əməl…
İtməsin ağlının əməyi, Könül.
Cavanlıq ömürün sultan zamanı…
Yaman çalxatmısan bu Şadimanı,
Təbinin dilində gəzir fərmanı,
Fələyin əlində ələyi, Könül.
Комментариев нет:
Отправить комментарий