Varlının gül balasın qoymadız əsla əzilə,
Kasıbı, yoxsulu saldız günü gündən zibilə
Bəslədiz varlının övladını can-can deyərək,
Kasıbın yavrusu bir söz dedi söydüz tifilə
Bu gözəl şəhrimizinın vardi böyük dərdü səri,
Bakının aqibəti məncə düzəlməz yüz ilə.
Sinəsi üstə vurub tarimar etdiz kasıbı,
Amma dövlətliyə heç kimi vura bilmir əl ilə
Belə dövran, belə millət kimə lazım Sadiq?
Kasiba vurdu təpik, varlını qoymaz əyilə.
Комментариев нет:
Отправить комментарий