20.03.2013

İsa Qəmbər DTK-nın agentidir

Araz Əlizadə: İsa Qəmbər DTK-nın agenti olub. Əbülfəz Elçibəy də DTK-nın agenti idi, onun ətrafındakılar da. Təsadüfi deyil ki, Yevgeni Primakov 20 yanvardan əvvəl Bakıda olarkən Vaqif Hüseynova demişdi ki, kimə toxunursunuz toxunun, bircə İsa Qəmbərə toxunmayın, biz ondan hələ çox istifadə edəcəyik. Primakov ömrü boyu Rusiya kəşfiyyatının böyük agentlərindən biri olub, sonradan xarici kəşfiyyat idarəsinin rəisi oldu.
Özləri hakimiyyətə gələndə Arif  Hacılı ağzından çaşaraq ömründə bir dəfə düz söz çıxardı. Dedi ki, başa düşün, biz 9 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik. Yəni onlar o vaxtdan 8 dövlətə işləyirlər. İndi A.Hacılı Müsavatda ikinci şəxsdir. DTK-ya işləyən İsa Qəmbər, Xalq cəbhəsinin 9 ölkəyə işlədiyini təsdiq edən Arif Hacılı, indi onlardır xarici dövlətlərin agentləri, yoxsa Araz Əlizadə?
Eyni zamanda, xarici dövlətlər agentlərinə, onlara işləyənlərə pul ayırır. A.Əlizadənin öz biznesi olanda ASDP-nin pulu var idi. Biznesi olmayandan sonra sadə bir həyat yaşayır. Amma Müsavatda o boyda aparatı dolandırmaq, əmək haqqı vermək, rayon təşkilatlarını saxlamaq və digər işlər üçün lazım olan pul onlarda hardandır? 
İsa Qəmbərin babası Araz Əlizadənin babası kimi Bakıda neft milyonçusu olmayıb. A.Əlizadəyə həmin milyonlardan heç nə çatmayıb. Maraqlıdır, bəlkə İsa Qəmbərə nələrsə çatıb. Bəlkə Füzulinin Kürdlər kəndində neft yatağı olub və İsa Qəmbərə o yataqlardan nələrsə çatıb. Yəni bu qədər pul hardandır? Yeri gəlmişkən, İsa Qəmbər hakimiyyətdə olanda həmin kəndin adını dəyişib Qurdlar kəndi qoymuşdu, sonradan isə kəndin adı əvvəlki kimi Kürdlər olaraq qaldı.

http://www.publika.az/index.php?action=static_detail&static_id=43146#.UUnRcLVGnOc.facebook

Комментариев нет:

Отправить комментарий