İsa Qəmbər həlledici məqamlarda həmişə qaçıb. Çünki hökumət onu həmişə mühafizə edib, vaxtı gələndə o da hökumətin işinə yarıyıb.
İsa Qəmbərin özü haqqında müxtəlif dövrlərdə müxtəlif məlumatlar olub. Onun Viktor Polyaniçko tərəfindən yaradılan "Gənc alimlər klubu" vasitəsilə siyasətə gəlməsi və bir sıra başqa məlumatlar mövcuddur.
İsa Qəmbər ümumi fəaliyyətində daim Azərbaycan müxalifətini parçalamaqla vahid platformanın əmələ gəlməməsinə xidmət edən bir şəxsdir. Həlledici məqamlarda da həmişə qaçıb gizlənib. Bu 20 yanvar hadisələrində də oldu. Hadisələrdən bir qədər əvvəl cəbhənin konfransı olmuşdu. O vaxt “demokratiyadan milli müstəqilliyə” şüarı altında qütbləşmə yaratdılar. Sonra da 20 yanvar hadisələrində hamısı qaçıb gizləndi. Heç biri küçəyə çıxmadı.
İsa Qəmbər sadəcə olaraq bu xalqın məlumatlandırılmaması, ictimai rəyin onun və bir sıra şəxslərin əlində olan mətbuat vasitəsilə formalaşdırılması vasitəsilə sui-istifadə edərək bu cür yanlış məlumatlar yayır. Bu gün Azərbaycan hakimiyyətinə adekvat olaraq vahid cəbhənin formalaşmamasının da ən böyük fəaliyyətçisi məhz İsa Qəmbərdir.
İsa Qəmbər 20 ildə Azərbaycan müxalifət partiyasının başında duran şəxsdir. Həmçinin, vaxtilə prezident səlahiyyətlərini icra etmiş, sonra parlamentin sədri olmuş bir şəxsdir. Amma o, hakimiyyətdə olandan bir ildən sonra öz isti kreslosunu Heydər Əliyevə nimçədə təqdim etmiş bir şəxsdir. O, indi hansı dolu fəaliyyətdən danışır ki, bu 20 il ərzində cəmiyyətin, müxalifətin bu vəziyyətə düşməsinin məsuliyyətini o daşıyır. Sadəcə olaraq, Azərbaycanda ictimai rəy süni sürətdə hakimiyyətin nəzarətində olan mətbuatın vasitəsilə formalaşdırıldığından İsa Qəmbərin cavabını vermək çox çətin olur. Çünki hökumət onu həmişə mühafizə edib, vaxtı gələndə o da hökumətin işinə yarıyıb. Buna görə də ona adekvat cavab vermək bir qədər çətindir.
http://qafqazinfo.az/site/%E2%80%9C%C4%B0SA_Q%C6%8FMB%C6%8FR_H%C6%8FLLEDICI_M%C6%8FQAMLARDA_H%C6%8FMI%C5%9E%C6%8F_QA%C3%87IB%E2%80%9D_-38735-xeber.html

Комментариев нет:
Отправить комментарий