Yenə səninlə oyandım bu sabah,
Yenə ilk sənin gözlərin dəydi gözlərimə.
Gülürdün mehriban ve sevgiylə üzümə.
Yenə ilk sənin adın gəldi dilimə.
Pıçıldadın asta-asta, dedin qorxma,yanındayam,
Nəfəsinlə qarışıbdır nəfəsim də içə çəksən canındayam.
Nəfəsimi çəkdim dərin ki, səninlə dolsun içim,
Sübhü açan kimi yenə şərbət kimi səni içim.
Indi boğazımda dadın, burnumdasa yumşaq ətrin,
Yenə, yenə mənimləsən, ey sadiq xəyalım mənim!
Tükənməz arzum, ümidim!
Əl verib görüşdük
üzüyün soyuğu dondurdu əlimi.
Elə bil buz kəsdi büsbütün ruhumu, cismimi.
Titrədi varlığım, sıxıldı ürəyim,
Əllərim əlində can verdim bilmədin.
Üzüyün zəncirdən halqa tək dolandı boynuma
nəfəsim kəsildi,
Bildim ki, yetişib məqamı ölümün,
düşündüm, bu qədər onsuz da bəsimdi.
Dərindən ah çəkib dayandım,
Mənimlə dayandı həm nəfəs, həm ürək.
Etdiyin etiraf, gerçəkçün çox sağol, çox sağol, ay üzük!
Комментариев нет:
Отправить комментарий