06.06.2013

Pırıl-pırıl Dalğalar, Dəniz Quşu, Bir də Mən

Omid Nəccari

Bəyaz quş qanadlanıb sürünür vapuriylə
Şairin qoxusunu duyub umudlarla uçur
Gözlərinə baxarkən bir eşq dolu kitabın, varaqlamasını sanıram
Səsilə çağırır məni uzaqlara...
Çox uzaqlara....
Günəş yanında bir göz altına...
Şafaqlara...
Dostlarına xəbər atır
Deyir bir insan var bizim kimi!
Qanadı var! Dəniz sevir, batı sevir!
Bəm bəyaz...
Pırıl-pırıl dalğalar, dəniz quşu, birdə mən

Coşqun edib dünyamı
saatlar yavaş gedir! Məsafələr uzanır!
Kürəklərimdə bir gizilti var!!!!
Bu qanadlarımın yeridir ki yeniden çıxır...
Bəyaz quş bağırır! deyir gəl mənimlə!
Ruhumun zəncirlərini Kəmiklərimdən qoparır...
Uçuram mən... uçuram....!!!!!

Комментариев нет:

Отправить комментарий