Sara Selcan Hacıqabul rayonunun Muğanlı kəndində yaşayır. Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub üzvlük bileti alan bir qrup yazar arasında onun da adı var. Sara xanımla müsahibəni təqdim edirik.
- Sara xanım, əvvəlcə özünüzü oxuculara təqdim edin.
- Şairəm, müəlliməyəm, Sara Selcanam... Hazırda Hacıqabulda yaşayıram və orada çalışıram.
- Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmusuz. Sizi təbrik edib suala keçirik: Ədəbiyyata gəlişiniz hardan başlayıb?
- Yazmaq içimin, daxili dünyamın ehtiyacıdır. Mənə elə gəlir, yazmaq yaşamağıma kömək edir.
Düşünürəm ki, yazmasam, yaradıcılıqla məşğul olmasam, yaşamaq mənə daha çətin olar. Ədəbiyyata gəlişim isə evimizdə olan zəngin kitabxanadan başladı. Belə demək mümkünsə, uşaqlıqda mənim oyuncaqlarım kitablar olub. Kitabları mənə sevdirən anama indi ürəyimdə dərin təşəkkürlər var. Bütün bunlarla yanaşı evimizdə sözə-şeirə dəyər verən ab-hava da hökm sürürdü. Anam müəllimə olduğu üçün daim şeirdən, bədii sözdən danışırdı. Məndə müəyyən istedadı, yaradıcı ruhu hiss etdiyi üçün həmişə mənə kitab alırdı.
- Yeri düşmüşkən, ailədə-nəsildə kiminsə yazıçı istedadı olub, yoxsa ilk yazar sizsiniz?
- Bibim Zivər Ağayevada bu istedad var. Amma ədəbiyyata gəlişimə səbəb ailə-nəsil mühiti deyil. Bu, fərdi bir duyğudur. Yazmaq içimin elə bir gücü, elə bir hissi olub ki, onu yazmaqdan başqa heç nə ilə əvəzləyə bilməmişəm. Əvvəllər yazdıqlarımı evdə hamıdan gizlədərdim. Çox utanırdım, sıxılırdım ki, birdən onlar hisslərin çılpaqlığından xəbər tutarlar. İlk dəfə şeirlərimi “Azərbaycan” jurnalına onlardan xəbərsiz təqdim etmişəm. Redaksiyada şeirlərimi oxuyublar və bəyəndikləri üçün dərc ediblər. Amma şairliyim ailədə gözlənilməz oldu. Düzdür, valideynlərim yazdığımı bilirdilər, amma jurnalda dərc olunmağımı gözlənilməzlik kimi qarşıladılar.
- Daha çox şair kimi tanınırsız. Bəs digər ədəbi janrlarda özünüzü sınamısızmı?
- İlk qələm təcrübəm şeir olub. Şeirə həmişə sadiqəm. Amma başqa janrda yazılarım da var təbii ki. Esselərimi, hekayələrimi qeyd edə bilərəm. Doğru dediniz ki, ədəbi mühitdə şair kimi tanınıram. Düşünürəm ki, artıq şeirlə kifayətlənim. Əslində ədəbiyyat, bədii yazı elə bir dünyadır ki, onun ənginliklərində qanad çaldıqca səni daha uzaqlara aparır.
- Şeirləriniz, esseləriniz daha çox hansı mövzuda olur?
- Şeirlərimin əsas mövzusu sevgi, tənhalıq, qadın dünyasının ağrıları və vətən dərdidir.Ümumi desəm, məni tutan nə varsa onu yazıram. Ovqatıma, hisslərimə toxunan və içdən gələn nə varsa kağıza, monitora köçürürəm.
- Qadın dünyasından söz düşmüşkən, şeirlərinizdə daha çox qadınların, zərif cinsin nümayəndələrinin hansı problemlərini işıqlandıra bilirsiz?
- Qadınların daha çox psixoloji cəhətdən dərkedilməzliyini qabardıram. Onların içlərindəki üsyanı göstərməyə çalışıram. Bilirik ki, bu gün qadınların üzərinə daha çox yük düşüb.
- Dediniz ki, Hacıqabulda, paytaxt ədəbi mühitinin qaynar nöqtəsindən uzaqda yaşayırsız. Bəs sizin ədəbi mühitlə tanışlığınız hansı səviyyədədir?
- İndiki dövrün texnologiyası məsafələri qısaldıb. İpad əl altındadır və istədiyin vaxt istədiyin qədər yenilikləri izləmək imkanın olur. Mən də mətbuatda, ədəbi portallarda vaxtaşırı dərc olunuram. Müsabiqələrdə iştirak edirəm. Ümumiyyətlə, ədəbiyyatın içində olmağa çalışıram. Buna nə qədər nail olduğumu isə oxucular bilir.
- Hansı ədəbi müsabiqədə iştirak etmisiz?
- Keçən il Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “20-liy”ində idim. “Ədəbi Azadlıq” müsabiqəsinin iştirakçısı olmuşam. Bu il də “Ədəbi Azadlıq” müsabiqəsinin “20-liy”inə düşmüşəm.
- Müsabiqələr ilk növbədə cavan yazarların tanınmasına xidmət edir...
- Təbii ki, əsas istedadın mövcudluğudur. Amma indi təbliğat istedadı qabaqlayıb. Haqqında hamının danışdığı adam heç də ən istedadlı qələm adamı deyil. Müsabiqələrə gəldikdə, obyektiv keçirilsə niyə pis olsun ki...
- Bir az da müəllimə kimi fəaliyyətinizdən danışaq. Sara xanım necə müəllimədir?
- Bunu mənim dərs dediyim şagirlərin valideyinləri daha doğru xarakterizə edər yəqin ki... Müəllimlik peşəsinə marağım uşaq yaşlarımdan olub. Bu, anamın müəllimə olması ilə bağlıdır. Onu da deyim ki, uşaqlarla işləmək adamı saflaşdırır. Yəni hər gün uşaqlar arasında olmaq, onların təmiz dünyası ilə təmasda bulunmaq, uşaq dünyasında hər dəfə nəyisə kəşf etmək çox maraqlıdır.
- Yaradıcı dünyanızda reallıq nə qədər əks olunur, yoxsa təxəyyülünüz daha güclüdür?
- O baxır ovqata. Mən ruh adamıyam. Bu o demək deyil ki, reallıqdan tamam uzağam. Elə şeirlərim var, orda reallıqla təxəyyül uzlaşıb.
- Ədəbi mühitdə dostluq məsələsinə münasibətiniz necədir, ədəbi dostlarınız varmı?
- Rayonda yaşadığım üçün şəhərə elə də gediş-gəlişim yoxdur. Ədəbi mühitdə bir neçə dostum var. Amma belə götürəndə virtualdakı dostlarımın da əksəriyyəti ədəbi mühitin adamlarıdır.
- Şəhərdən uzaqda olan yazar ədəbi mühitin insanlarını görməyə, ünsiyyətdə olmağa daha çox can atır. Bəs siz zaman-zaman kimləri yaxından, canlı görmək istəmisiz?
- Vaqif Bayatlı Odəri, Fikrət Qocanı və Qulu Ağsəsi görmək istəmişəm.
- Hacıqabulda ədəbi mühit hansı səviyyədədir?
- Doğrusu, rayonun ədəbi mühiti ilə elə bir əlaqəm yoxdur. Sadəcə öz hücrəmdə oturub yazıram.
- Kitabınız dərc olunubmu?
- Bir kitabım var. Bu il dərc olunub. Adı “Yovşanlı düzlərdə üzü küləyə”dir.
- Tanınmış orta və yaşlı nəsil yazıçı və şairlərimizdən sizin yaradıcılığınıza təsir edəni olubmu?
- Yaradıcılığa yeni başlayanda təbii ki, kimlərdənsə təsirlənmə olur. Kimlərisə oxuyub öz yolunu tapırsan.
- Konkretləşdirsək?
- İlk yaradıcılıq illərimdə şair Vaqif Bayatlını çox oxuyurdum. Müəyyən zamanı adladıqca isə adam təcrübə əldə edir, öz yolunu tapır, sözü dəyərləndirməyi, sözə qiymət verməyi öyrənir.
- Sara xanım özünü daha çox yazar hesab edir, yoxsa müəllimə?
- Hər ikisini paralel aparmağa çalışıram. Mənə elə gəlir ki, ədəbi mühitdə şair, məktəbdə şagirdlər arasında olanda isə daha çox müəlliməyəm.
- Ailənizi də tanıya bilərik?
- Evliyəm, bir oğlum, bir qızım var. Oğlum Şəhriyar 4-cü sinifdə oxuyur, qızım Selinayın 5 yaşı var.
- Onlarda yaradıcı ruh hiss edirsiz?
- Təbii ki, evdəki yaradıcı mühit uşaqlara təsir edir. Necə deyərlər aşıq gördüyünü çağırar. Qızımda bunu daha çox hiss edirəm.
- Ədəbi mühiti çox vaxt Facebook sosial şəbəkəsi və internet saytları vasitəsi ilə izləyə bilirsiz. Bəs sizi narahat edən məqamlar da varmı?
- Mənim kimi rayonda yaşayanlar üçün bu baxımdan sosial şəbəkələr əlverişlidir. Hər yeniliyin üstün cəhətləri ilə bərabər adamı narahat edən məqamları da olur. Amma çalışıram belə şeylərə imkan verməyim.
İndi yazan o qədər çoxdur ki, amma bəlkə də, elə bu cür olması yaxşıdır. Necə deyərlər zaman keçdikcə ələnəcək.
- Dərc olunan yazılarınızdan qonorar ala bilirsiz?
- Ancaq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz” jurnalları qonorar verir.
- Yazar kimi ədəbi mütaliən, daima ədəbi axtarışın da olmalıdır. Bəs dünya ədəbiyyatını mütaliəniz hansı səviyyədədir?
- Müəyyən qədər izləməyə çalışıram. Türk ədəbiyyatını çox sevirəm. Orxan Vəlini, Nəcib Fazil Qısakürəyi oxumuşam. Bunlar da təbii ki, yaradıcılığa başladığım ilk vaxtlarda olub.
Könül Səid teleqraf.com

Комментариев нет:
Отправить комментарий