02.05.2017

Etibar Cavad - Gülüşündən

Dərdim tükənir, sevgili canan, gülüşündən,
Zülmət sökülür, sərvi-xuraman, gülüşündən.

Könlümdə təcəssüm olunur bir yeni aləm,
Bihuş oluram, gözləri ceyran, gülüşündən.

Et, et ki təbəssüm, edə gül bağçamı dilşad,
Güllər də gülə, ey ləbi-xəndan, gülüşündən.

Yar gülməsə, köksümdə kədər dəhri də gülməz,
Gül, gül ki, gələ dəhri-firavan gülüşündən.

Sən gül, fəqət, ey şux, yada, biganəyə gülmə,
Dünyam dar olar nareyi-nöqsan gülüşündən.

Gül ki, bu təbəssüm mənə can bəxş edə hər dəm,
Olsun can alan dərdimə dərman gülüşündən.

Məsum gülüşün eylədi Məcnun məni, ey dil,
Etibar alır könlünə ruh- can gülüşündən.

Комментариев нет:

Отправить комментарий