26.05.2011

Puldan başqa

Vitoşun yeni proyekti: Camışların göz yaşı

    Çuşka şeirləri- 13

Nə istəyirsən məndən-
İstə puldan başqa.
İstə ömürdən, gündən,
İstə, puldan başqa.

İstə göz yaşlarımı,
Qaynar baxışlarımı.
İstə təlaşlarımı,
İstə, puldan başqa.

Çıxan ruhum mənimdi,
Bu qəlb mənə qənimdi.
Qurbanın bədənimdi,
İstə, puldan başqa.

Bir nəğməyəm ahəstə,
Göz yolda, qulaq səsdə,
Nə istəyirsən, istə,
İstə, puldan başqa.

Tanrıdan gizlin nə var?
Gül açmaz o arzular.
Adım sənə göz olar,
İstə e istə-
puldan başqa!

Комментариев нет:

Отправить комментарий