13.03.2012

Mini-Azərbaycan

Темная комната
Şərqin Əhmədov

 Hər şey mini-yubkadan başladı...
Son vaxtlar “kütləviləşən” mini-yubka dəbinə baxdıqca fikirləşdim ki, bu mini nədir, nə olan şeydir? Ki, indi belə kütləvi xarakter alıbdır. Düzdür, mini-yubkaların bizlərdə istifadəsinə çoxdan başlanılıbdır, amma, indiki kimi kütləvi olmayıbdır. Buna görə də “mini”nin nə olduğuna fikir verməmişdim.

Axtarışa başladım-elmi kitabları, dərslikləri, qəzetləri, jurnalları-bir sözlə əlimə keçən nə vardısa hamısını axtardım, lakin cavab tapmadım. Allah da qeyb sirri ilə əlaqələndirərək cavab verməkdən imtina etdi. Amma, bu mini beynimə elə girmişdi ki, ha çalışırdım, başımdan qova bilmirdim. Beləcə, bu sualıma cavab axtara-axtara gəlib Google-yə müraciət etdim. Sağ olsun, bizimkilər kimi xəsis deyilmiş. Google-nin verdiyi mə`lumatdan aydın oldu ki, mini-kiçik, balaca demək imiş. Yə`ni, bir şeyin balaca formasına mini deyilirmiş.
Başladım ölkəmizdəki “mini”ləri axtarmağa. Çox axtarmalı olmadım. Əməlli-başlı heyrətə gəlmişdim, çünki, bizim ölkəmizdə saysız-hesabsız “mini”lər varmış, mən isə fikir verməyibmişəm. Üstəlik, bu “mini”ləri dərəcəsinə görə sıralamaq da mümkün deyildi. Hərəsinin xüsusi bir üstünlüyü vardı. Ona görə də qərara aldım ki, bu “mini”lərdən ibarət bir cədvəl yaradım və bu cədvəldəki “mini”lər əlifba sırasıyla düzülsünlər:
Прикольные фото 

 Mini-Azərbaycan-ərazilərinin əksər hissəsi işğal olunmuş bu ölkə, əvvəlki əraziləriylə müqayisədə elə minidir ki durub.
 Mini AzTv-İTV.
 Mini-Bixəbər-AzTv.
 Mini-Dünya-internet, eləcə də sosial şəbəkələr.
 Mini-Dostluq-stəkan yoldaşlığı.
 Mini-Dəb-evlənib-boşanmaq.
 Mini-Evlilik-bir neçə ay və ya bir-iki il bir yerdə yaşadıqdan sonra ayrılanlar.
 Mini-Əvəzləyici-protez.
 Mini-Futbol-bizim futbolçularımız oynayır.
 Mini-Gözəl-kosmetikalı, estetik cərrahiyyəli qadın.
 Həyata keçmiş Mini-Xəyal-teleseriallar.
 Mini-Xor-təqlidçi camaat.
 Mini-İgidlər-internetdə, xüsusən də sosial şəbəkələrdə əsl adlarını gizlədərək istədiklərini təhqir edənlər, hansısa xəbər və ya yazılara ürəyi üstədikləri kimi də şərh yazanlar.
 Mini-Qızlar-indiki evdar gəlinlər.
 Mini-Qurmanlar-günümüzdəki müsəlmanlar.
 Mini-Muğam-2005-ci ildən bəri efiri işğal edənlərin oxuduğu.
 Mini-Müxalifət-Facebook-Azərbaycan.
 Mini-Mollalar-bilmədiklərindən hay-küylə goplayıb məsləhət verənlər
 Mini-Mə`mur-Camaat.
 Mini-Müctəhidlər-vəhhabiləri müdafiə edənlər.
 Mini-Nəzakət-ay filankəs və ya ayə...
 Mini-Narkotika-din.
 Mini-Ölü-“paxmil”.
 Mini-Palçıq-halal sosiskaları
 Mini-Sevgi-üçillik sevgi.
 Mini-Soyğunçu-toy(böyük toy).
 Mini-Şizofrenik-fanatik dinçi.
 Mini-Şadxəbər-AzTv.
 Mini-Tərcümələr-türk serialların dilimizə tərcümə edilərək yayımlanması.
 Mini-Toy-sünnət(kiçik toy).
 Mini-Ticarətçi-həccə gedən müsəlman.
 Mini-Tutuquşu-pəltəklərlə dolu olan İctimai radionun aparıcıları.
 Mini-Yuxulu-hələ də cəhalətdə qalmış Azərbaycanlı.
 Mini-Zülmət-dövlət idarələrimizin koridorları.

 Cədvələ baxdıqca görürəm ki, yaman qənaətcil millətik. Kim bilir, dünyanın heç bir yerində bizim kimi qənaətcil millət yoxdur. Bu qənaət kompaniyasında hamıdan qabaqda olan isə AzTv-dir.
Bə`zən fikirləşirəm ki, bu qənaətcilliklə millətimiz axirəti düşünür. Amma, mənə çox maraqlıdır, bu dünyada istifadə edilməli olanlara niyə qənaət edirik? Axı, bizim istifadə etmədiklərimizə axirətdə-nə cəhənnəm, nə də cənnətdə-ehtiyac yoxdur.
Bu da ola bilər ki, bizim ağıllı-kamallı millətimiz nə cənnətə, nə də cəhənnəmə getməyəcək, tamam başqa bir dünyaya gedəcək, ona görə də belə qənaətlər etməklə “yeni dünyaya” “tədarüklər” görürük..
P.S. Karikaturaçılar üçün də yararlı ola biləcək bu “mini-cədvəl” bağlı deyil, yə`ni, bundan sonra da yeni-yeni “mini-elementlər” cədvələ daxil edilə bilər, amma, xüsusi “senzuradan” keçirtmək şərtiylə.

(Müəllifin bütün yazılarının hüquqları qorunur. Başqa bir yerdə dərc etmək üçün müəllifdən icazə alınmalıdır).
Аплодисменты 

Комментариев нет:

Отправить комментарий