Bir anda bütün dünya içimə şumladı
Hənəyim qorxulu qaranlıqlar içində itdi
Sarılma, sağalmaz dərin yara vuruldu ürəyimə
Şən dünyam, aşılmaz dağların altında qaldı
Dalından qırılmış bir yarpaq kimi,
qasırğalar dustağı oldum.
Qanı durma yaram hər an sızlayır.
Zəlzələ oğurlayan, anam var kən
Ürəyinin səsini hər an dinlərdim
Ağlasaydı gülməzdim
Gülsəydi ağlamazdım
Ürəyimdə belə zəlzələ olsaydı
O yanımda kən qorxmazdım
Ancaq indi,
Kəndimizdə səhər olmur artıq
Tir- tir titrəyib
Qaçıram kor qaranlığa
Qorxularım oyanır amansız
Hıçqırıqlarım düyünlənir boğazımda
Yarıq- yarıq yarılıram
Dağılmış yurd- yuvama baxdıqca
Ürəyim bölünür
Neybət basmış torpağımda
Suyu qurumuş bulaq kimiyəm
Bu fəlakət Umudlarımı gəmirib
Acı əmizdirir mənə
Qanıma dolan zəlzələ
Hər saniyə damar- damar yıxır məni
Ölümü öldürən canım
Gözlərimə ümid işığı dolmur artıq
Kimlər aça bilmir bu kor yumağı
Yaşayan ölülər kimiyəm
........
Oyyyyyy!! Ömür boyu yaslanan yurdum
Səndə öpüləsi əllər itirdim
Utancaqdan yanağında alam bitən adaxlı qılar
Köksündə bir xalqın nisgilin daşıyan ahıllar
Ana qoynunda südəmər körpələr
Nələr və nələr....
Alov çəkib yanan gözlərimdə
Sonsuz arzularım qaldı
Qarış- qarış sevdiyim torpağımda
Qaradağımın qoynunda
Qara günlər dəyəm
Əhəd Fərəhməndi (Oyaq) Təbriz
Hənəyim qorxulu qaranlıqlar içində itdi
Sarılma, sağalmaz dərin yara vuruldu ürəyimə
Şən dünyam, aşılmaz dağların altında qaldı
Dalından qırılmış bir yarpaq kimi,
qasırğalar dustağı oldum.
Qanı durma yaram hər an sızlayır.
Zəlzələ oğurlayan, anam var kən
Ürəyinin səsini hər an dinlərdim
Ağlasaydı gülməzdim
Gülsəydi ağlamazdım
Ürəyimdə belə zəlzələ olsaydı
O yanımda kən qorxmazdım
Ancaq indi,
Kəndimizdə səhər olmur artıq
Tir- tir titrəyib
Qaçıram kor qaranlığa
Qorxularım oyanır amansız
Hıçqırıqlarım düyünlənir boğazımda
Yarıq- yarıq yarılıram
Dağılmış yurd- yuvama baxdıqca
Ürəyim bölünür
Neybət basmış torpağımda
Suyu qurumuş bulaq kimiyəm
Bu fəlakət Umudlarımı gəmirib
Acı əmizdirir mənə
Qanıma dolan zəlzələ
Hər saniyə damar- damar yıxır məni
Ölümü öldürən canım
Gözlərimə ümid işığı dolmur artıq
Kimlər aça bilmir bu kor yumağı
Yaşayan ölülər kimiyəm
........
Oyyyyyy!! Ömür boyu yaslanan yurdum
Səndə öpüləsi əllər itirdim
Utancaqdan yanağında alam bitən adaxlı qılar
Köksündə bir xalqın nisgilin daşıyan ahıllar
Ana qoynunda südəmər körpələr
Nələr və nələr....
Alov çəkib yanan gözlərimdə
Sonsuz arzularım qaldı
Qarış- qarış sevdiyim torpağımda
Qaradağımın qoynunda
Qara günlər dəyəm
Əhəd Fərəhməndi (Oyaq) Təbriz
Комментариев нет:
Отправить комментарий