Sima Ənnağı
O, səmanı qızıla boyadı,
Buludları – çəhrayı etdi.
Sonra güllərlə evləri, küçələri bəzədi.
Rəsmləri səhər sevinci ilə doldu
Pəncərələrdən gələn qəhqəhələrlə.
İnsanlar dedilər – dəlidi bu,
Ağlı çatmır...
Məgər qızıl səma, çəhrayı bulud varmı?
Məgər heç nədən
Səbəbsiz
Küçələri, evləri gülə-çiçəyə qərq etmək olarmı?
İçdən qəhqəhə çəkmək, yaşadığına sevinmək,
Hər gün gördüyün günəşə aşıq olmaq
Əsil dəlilikdi,
Dəlilik...
Amansız şaxta evləri qandallayanda,
O
Hər şeyə rəğmən
Boz maraqsız günlərinə
Rəng qatmağa davam etdi
Amma heç kəs bilmədi ki
Gecələr
Sözlər damarları kəsir
Bıçaq - boğazı.
Ölümlə oynayırdı -
Öpüşürdü ölümlə birər-birər
Gecələr
O, səmanı qızıla boyadı,
Buludları – çəhrayı etdi.
Sonra güllərlə evləri, küçələri bəzədi.
Rəsmləri səhər sevinci ilə doldu
Pəncərələrdən gələn qəhqəhələrlə.
İnsanlar dedilər – dəlidi bu,
Ağlı çatmır...
Məgər qızıl səma, çəhrayı bulud varmı?
Məgər heç nədən
Səbəbsiz
Küçələri, evləri gülə-çiçəyə qərq etmək olarmı?
İçdən qəhqəhə çəkmək, yaşadığına sevinmək,
Hər gün gördüyün günəşə aşıq olmaq
Əsil dəlilikdi,
Dəlilik...
Amansız şaxta evləri qandallayanda,
O
Hər şeyə rəğmən
Boz maraqsız günlərinə
Rəng qatmağa davam etdi
Amma heç kəs bilmədi ki
Gecələr
Sözlər damarları kəsir
Bıçaq - boğazı.
Ölümlə oynayırdı -
Öpüşürdü ölümlə birər-birər
Gecələr
Комментариев нет:
Отправить комментарий