R.T.Ərdoğan: "Suriyada hakimiyyətlə döyüşən qəhrəman mücahid qardaşlarımıza salam göndərir və onlara hər cür dəstəyi verəcəyimizi bildirirəm"
İslamazeri.az İnternet Qəzetinin " Syriantruth"-a istinadən verdiyi xəbərə görə, Suriyada müxaliflərin hökumət qüvvələrinə və sivil əhaliyə qarşı hücumları heç bir insani kateqoriyaya sığmayacaq qədər vəhşiliklə həyata keçirilir.
Başda ABŞ olmaqla Qərb, antidemokratik adlandırdığı Bəşər Əsəd hakimiyyətini devirib onun yerinə azad, demokratik sistem qurmaq istədiyini bildirir və bunun üçün silahlı müxalif qruplaşmaları Suriyaya göndərirlər.
Həmin Suriya müxalifləri isə ölkəyə belə "demokratiya" gətirirlər.
Qeyd: Əvvəlcədən bildiririk ki, xəbərdə yer alan videoçarxdakı görüntülər çox dəhşətli olduğu üçün senzuralanmışdır (bəzi hissələr dumanlı göstərilmişdir)
Xatırladaq ki, bir çox müsəlman ölkələrindəki hakimiyyətlər də Suriya müxaliflərinə açıq-aşkar dəsdək verirlər. Onların önündə isə Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə hakimiyyətləri gəlməkdədir. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan son çıxışlarının birində Suriya məsələsinə də toxunaraq belə demişdi: "Suriyada hakimiyyətlə döyüşən qəhrəman mücahid qardaşlarımıza salam göndərir və onlara hər cür dəstəyi verəcəyimizi bildirirəm"
Комментариев нет:
Отправить комментарий