1920 ci ildə yaxınlaşmaqda olan Aprel Sosialist İnqilabının ayaq səslərindən lərzəyə düşən Bakı milyoncuları, ağalar və bəylər Tiflisə, Antantanın qərərgahına qacırlar. Orada sahib olduqları neft mədənlərini, iri mülklərini İngilislərə satıb, əldə etdikləri pulları xərcləmək ücün üz tuturlar Avropa ölkələrinə. Beləliklə aprel inqilabından sonra gənc sovet respublikası təhlükəli, təxribatcı tendensiyayla üz-üzə qalır. Müsadirə olunaraq ümumxalq mülkiyəti elan olunmuş neft mədənləri, zavod və fabriklər Tiflisdə, daha öncədən “milli” burjaziya tərəfindən İngilislərə satıldığından, Azərbaycan Sovet Hökumətini hər bir addımı az qala beynəlxalq qarşıdurmaya səbəb olurdu. Tezliklə ingilis dəllallar əllərində möhürlü,imzalı sənədlərlə Bakıya gələrək Sovet hökumətiyləı mal-mülk qovğasına başladılar. İngilislər ümüd edirdilər ki,bu yolla Bakı neftinin ən azı bir hissəsi üzərində nəzarəti ələ kecirəcəklər.
1922-ci il İtalyanın Genuya şəhərində kecirilən beynəlxalq konfransda İngilis hökuməti Bakı neft mədənlərinin sahibi qismində cıxış edir və Sovet hökumətindən neft mədənlərini, zavod və fabrikləri əvvəl ki sahiblərinə, yəni ingilis tacirlərinə geri qaytarılmasını tələb kimi qarşıya qoyurdular. Antanta dövlətləri Sovet Respublikalarının ağır vəziyyətdə olduğunu bildiklərindən Sovet nümayəndə heyəti qarşısında belə bir şərt qoydular ki: Əgər kredit istəyirsinizsə, onda neft mədənlərini qaytarın. Borc qarşılığında Bakı neftini tələb edən ingilislərin bu ultimativ şərti Nəriman Nərimanov başda olmaqla Sovet nümayəndə heyəti tərəfindən qətiyyətlə rədd edildi.
Bir tərəfdən beynəlxalq iqtisadi təcrid, digər tərəfdən Antanta qoşunlarının Tiflisdə və İranda yerləşmiş hərbi hissələrinin hərbi təhdidi Sovet Azərbaycanını digər Sovet Respublikaları ilə ittifaqda birləşməsini zəruri edirdi. Bavariya Sovet Respublikasının, Macarıstan Sovet Respublikasının Antanta süngüləriylə devrilmiş faciəli taleyi Sovrt Respublikalarını İttifaqda birləşməsini qacınılmaz reallığa cevirdi. Beləliklə, SSRİ-nin yaranması bəzilərinin iddia etdiyi kimi Rusiyanın yox, Antanta dövlətlərinin yeritmiş olduğu imperialist siyasətin nəticəsiydi. Başqa sözlə, Sovet İttifaqı azad sovet xalqlarının İmperializmə və kapital ekspansiyasına cavab reaksiyasıydı.
P.S. Bu gün qəhrəman, “milli” şüurun guya yeganə daşyıcıları kimi təbliğ olunan Azərbaycan “milli ” burjaziyası, milyoncuları, ağaları və bəylərinin tarixdə düz iki fdəfə Azərbaycan torpaqlarını öz dədə-baba mülkləri kimi əcnəbilərə satmaq təşəbbüsləri olub. Birincisi, 1914-cü ildə, Azərbaycan bəyləri Kürqırağında 1 milyon hektar münbit torpağı Erməni Ecmədzin kilsəsinə satmaq istəmişdilər, ikincisi də isə 1920-ci ildə Tiflisdə bakı neft mədənlərini, zavod və fabrikləri ingilislərə satmışdılar. Amma Azərbaycan “milli” burjaziyasının bu hər iki xəyanət missiyası Qırmızı inqilabın alovlarında yanıb məhv oldu.
SSRİ-ni və kommunistlkəri işğalcı kimi qələmə verən kor, cahil zehniyətin nümayəndələri qoy bu tarixi faktları unutmasınlar və bilsinlər ki bu vətənin hər bir daşı cınqılı bizlərə Nəriman Nərimanov kimi əqidəli kommunistlərdən əmanətdir. Əmanətə xəyanət ancaq satqınlara və dünən Tiflisdə Azərbaycanı ingilisə satanların indiki nıəvələrinə xas bir sifəttir.
kommunist.biz

Комментариев нет:
Отправить комментарий