30.01.2013

"Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi"

Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” əsərindən bir neçə parça

Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor.

Bu yerazlar hardan bilsin, o, kimdi, nəçidi? Axı onlar gəlmədirlər, yerli deyillər.

“Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək... Deyirəm ki onlara, döyməyin, bu adam erməni deyil, bizim adamdı, öz xalqımızın oğludur, millətin qürurudur, vicdanıdır. Kimdi qulaq asan? Mənə heç adımı deməyə imkan vermədilər. Böyrümə elə təpik vurdular, az qaldı elə orda ölüm. Bax bura doktor, sağ böyrümə. İndiyə kimi dəhşətli göynədir”.

 “Doktor, məsələ belə oldu: mən bu gün şəhərdə gedirdim. Saat neçəydi, dəqiq bilmirəm – ya on, ya on bir olardı. Parapetdə fontanlar var ha – yəqin siz onları görmüsüz. Ordan qəfil bir qışqırıq gəldi. Elə bil kimsə ulayırdı. Sən demə, bu, qoca erməni imiş. Çörək almağa çıxıbmış, elə orda yerazların əlinə düşüb. Elə ev paltarında... başmaqda... Mən o evin yanına çatanda yazığı artıq öldürüb hovuza atmışdılar. Gözləri açıq idi, doktor, özü də mənə baxırdı. Mən şəxsən onun necə öldürüldüyünü görməmişəm. Ancaq orda olanlar deyir, əvvəlcə ermənini hovuza, düz buz kimi suyun içinə atıblar. O da qoca kişidi, dözə bilməyib, çıxmağa çalışıb. Ancaq o oğlanlar hovuzun kənarında dayanıb ayaqları ilə onu döyüblər, ta ölənə qədər... Allah kömək olmuş Saday Sadıqlının da bəla başından əskik olmur ki... Yoxsa, onun həmin vaxt o lənətə gəlmiş yerdə nə işi vardı? Dözə bilməyib, neyləsin! Axı o artistdir, humanist adamdır. Ürəyi tab gətirməyib. Kişini xilas eləməyə çalışıb. Bu yerazlar hardan bilsin, o, kimdi, nəçidi? Axı onlar gəlmədirlər, yerli deyillər. Ona görə də onu erməni bilib vəhşi kimi üstünə hücum elədilər. Bir dəqiqə geciksəydim, onu da o qoca erməni kimi o dünyaya göndərəcəkdilər. Allahın yazığı gəldi – sağ qaldı. Sizə yalvarıram, doktor, onu xilas edin. Bu böyük adamın həyatı sizin əlinizdədir. Bu patetik ifadələrlə artist sözünü başa vurdu. Həkim əməliyyatı başlamağa tələsirdi. Ancaq elə bil bunun üçün nə isə çatmırdı. Görünür, artistin danışıqları onu sarsıtmışdı. O, indi əməliyyat masasında huşsuz vəziyyətdə uzanan Hamlet-Otello-Kefli İsgəndərin qoca ermənini xilas etməsində qəribə heç nə görmürdü. Doktor düşünürdü ki, özünü insan sayan hər kəs məhz belə də etməliydi. Ancaq bu şəhərin adamları elə bil sözü bir yerə qoyub insanlıq adlanan məfhumdan uzaq durmağa çalışırdılar. Elə bil, onlara hətta insan sifətlərini saxlamaq lazım deyildi”.
 “Günlərin birində səhər, gün yenicə qalxanda həyətdə bir səs-küy qopdu, gəl görəsən. Ay camaat, eşidin, burda bir erməni özünü balkondan atıb. Böyük qan gölməçəsinin içində Qreta Sərkisovnanın qoca, çəlimsiz bədəni təzəcə ölmüşdü, amma artıq şəhəri özünü eyvandan atan qadının ölümündən qabaq tövbə məktubu yazması haqqında xəbərlər başına götürmüşdü: “Mən ermənilərin etdiyi cinayətlərə görə özümə nifrət edirəm. Mən ermənilərə nifrət edirəm, ona görə də daha bu dünyada yaşamaq istəmirəm. Qarabağ Azərbaycanındır. Yaşasın Azərbaycan!” Nuvariş nə onda, nə də indi bu “intiharın” o şuşalının işi olmasına heç bir şübhə etmirdi. Böyük ehtimalla Şahqacar Armaqonov özü Qreta Sərkisovnanın balkondan aşağı atmışdı. İndi zəmanə belədi. İstəyirsən, gündə yüz ermənini balkondan at. Lap onlarla bir yerdə müsəlmanları da at. Əgər arxasında bir adamı yoxdursa, istənilən adamı yer üzündən silmək olar”.
 “Fərid Fərzaninin Moskvadan Bakıya qəfil dönüşünün əsas səbəbi onun öz dininə az-çox sadiqliyi ilə bağlı idi. Əgər üç il qabaq Moskvada kimsə ona indi palatada huşsuz uzanan artistin peyğəmbər haqqında dediklərini çatdırsaydı, söylənənləri dinləməyə hövsələsi çatmazdı. Ancaq 3 ildə Bakıda gördükləri onun dinə, vətənə, hətta peyğəmbərin özünə münasibətini kəskin dəyişmişdi. Doktoru daha çox şəhərin müsəlman sakinlərinin ermənilərə qəddar münasibəti dəhşətə gətirirdi, çünki, o, belə bir qəddar münasibəti ermənilər tərəfdən görməmişdi”.

Комментариев нет:

Отправить комментарий