29.01.2013

avrasiya.net-in müəmmalı curnalisti


Ataxan Abilov

Bu gün özünü avrasiya.net saytının jurnalisti kimi təqdim edən face dostlarımdan biri Cavid Şahvediyev məndən müsahibə götürmək arzusunu bildirdi. Sualların qoyuluşundan ortada bur MTN dəsti-xəttinin olduğunu güman etdim. Çünki Cavid bəy nəyin bahasına olursa-olsun məni, o cümlədən Vətənimizin köklü xalqlardan biri olan talışları qaralamaq üstündə köklənmişdi. Cavid bəylə olan sual-cavab yazışmamı onun razılığı ilə olduğu kimi face səhifəmin izləyicilərinin ixtiyarına verirəm.

16:05

Джавид Шахвердиев
salam Ataxan müəllim
necəsiniz?

16:09

Атахан Абилов
Salam, duachiyam
Siz necesiz?


16:09
Джавид Шахвердиев
Belə də

16:09

Атахан Абилов
Yaxshi olasiniz

16:10

Джавид Шахвердиев
Ataxan müəllim, siz talışların hüquqlarını qoruyan deyildizmi?

16:11

Атахан Абилов
Men hamının hüquqlarini qoruyuram, o cümleden mənsub olduğum milletim.
Ne meseledir?

16:12

Джавид Шахвердиев
istərdim avrasiya.net ücün bir necə sualımızı cavablandıraydız

16:13

Атахан Абилов
Movzu nedir?
Saytinizi gonderin baxim, zehmet olmasa

16:13

Джавид Шахвердиев
təbii ki Azərbaycanda insan haqlarının qorunması və s.
avrasiya.net

16:15

Атахан Абилов
memuniyyetle, buyurun suallari gonderin

16:18

Джавид Шахвердиев
Ataxan müəllim, bu yaxınlarda Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi yaradıldı. Bunun yaranması zəruru idimi?
Müəllim, mümkündürsə burada cavablandırın ki, cavabdan sual doğa bilər.
bu daha yaxşı olar

16:32

Атахан Абилов
Sualın qoyuluşunu düzgün hesab etmirəm. Hər hansı qrumun, təşkilatın, birliyin yaradılmasıla bağlı məsələyə həmin qrumun, təşkilatın və ya birliyin yaradılmasının və fəaliyyətinin qüvvədə olan yerli və beynəlxaql qanunvericiliyə uyğun olub-olmaması prizmasından baxmaq lazımdır. Azərbaycan Konstitisiyaya görə hüquqi dövlətdir və bir hüquqşünas olaraq bu mövqedan da məsələyə yanaşıram. Toxunduğunuz Demokratik Talış Birliyi ilə bağlı onun yaradılmasının və fəaliyətinin Azərbaycan Resbuplikasının dövlətdaaxili qanunvericilikdə və AR qoshulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan normalara uyğun olub-olaması ilə bağlı sual qoyula bilər. Onda mənim cavabım təbii ki, onun sadalanan normalara uyğun olacağı təqdirdə müsbət, olmayacağı təqdirdə mənfi olacaqdır

16:32

Джавид Шахвердиев
Bu birliyin sədrini tanıyırsızmı?

16:33

Атахан Абилов
Bəy, İsa bəy demişkən şəxsləri gəlin müzakirə etməyək.
Mahiyyət baxımından sualları verin.

16:34

Джавид Шахвердиев
elə bu sual mahiyyətdən irəli gəlir
Cünki bu birliyin sədri

16:34

Атахан Абилов
AR-da hər bir Azərbaycan vətəndaşının QHT yaratmaq hüququ var.
Birliyin sədri AR vətəndaşıdırsa, bu onun haqqıdır

16:35

Джавид Шахвердиев
Mehdi Səfərov deyib ki, onlar Əlikram Hümmətovun ideologiyasının qəbul etmirlər

16:38

Атахан Абилов
Bu sualın mənə nə aidiyyəti var. Mən özümü fərdi mövqelərin müəyyən edilməsinə təsir etməkdə səlahiyyətli hesab etmirəm. Bu M. Səfərovun mövqeyidir. Bundan irəli gələn məsələlərlə bağlı da ona müraciət edin

16:39

Джавид Шахвердиев
Belə olan halda siz necə Hümmətovun ideologiyasını qəbul edirsizmi?

16:40

Атахан Абилов
Digər tərəfdən bu ideoloqiyalar harda əksini tapıb və nədən ibarətdir. Əvvəlcə gərək onlarla tanış olasan ki, sonra fikir yürüdəsən
Bəy, mənim öz ideoloqiyam var. Mənim ideologiyam yazdığım kitablarda əksini tapıb.

16:45

Джавид Шахвердиев
Siz Hilal Məmmədovun azad olunması ücün patriarx Krilə ünvanlanan məktuba imza atmısızmı?

16:45

Атахан Абилов
Bəlkə özünüzü müstəntiq kimi aparmayasınız?

16:47

Джавид Шахвердиев
Ataxan müəllim, jurnalist bəzən elə sual veriri ki müsahibi onu başqa cür qəbul edir. Amma bu belə deyil. Mən bizə qaranlıq qalan və cavabını axtardığım suallar verirəm

16:47

Атахан Абилов
Əgər bu barədə rəsmi məlumat gedibsə, bunu sual kimi soruşmağınız nə məna daşıyır?
Siz mahiyyətə keçin.

16:48

Джавид Шахвердиев
Bu barədə hec bir rəsmi məlumat olmadığından soruşdum

16:49

Атахан Абилов
İnformasiya mətbuatda gedib və hətta mən bunu face sehifemde de paylaşmışam

16:50

Джавид Шахвердиев
Talışların Azərbaycanda hüquqlarının pozulduğunu hansı amillərlə izah edə bilərsiz?

17:05

Атахан Абилов

Bəy, deyirlər problem qəbristanlığda olmur. Amma qəbristanlığın da öz problemləri var. Azərbaycanda bu gün bir avtoritar rejim hökm sürür. Azərbaycan baxmayaraq ki, siyasi baxımdan Avropa hesab edilir, beynəlxalq göstəricilərə görə insan haqları və demokratiya kriteriyalarına görə Afrika ölkələindən də geri qalır. Azərbaycanda insan haqları bütün cəbhə boyu pozulur, o cümlədən köklü xalqlarla bağlı. Kim bunu etiraf etməyə özündə güc tapa bilmirsə, onda zəhmət çəksin özünü demokrat adlandırmasın.

Siz ilk sualınızı bir də oxuyun. Artıq həmən sualın qoyuluşu cəmiyyətimizdə münasibətlərin, xüsusən köklü xalqlarla bağlı məsələdə, normal məcrada olmadığının göstəricisidir. Dünyanı maraqlı edən əsas faktor mədəniyyətlərin müxtəlifliyidir. Əgər talışın bir xalq olaraq, bir millət olaraq dünyaya yük olacağı bilinsəydi, onda heç Allah tərəfindən bu millət yaradılmazdı. Bir az hadisələrə istərdim ki, sivil baxımdan baxılsın. Bir dünyanın geçmiş tarixinə fikir verək, ibrət dərsi götürək və gələcəyimizi quraq.
Bir daha deyirəm, bütün məsələlərin kökü Azərbaycanda avtoritar bir rejimin hökm sürməyindədir. Əgər Vətənimizdə liberal demokratiya, hüquqi dövlət, azad vətəndaş cəmiyyəti bərqərar olarsa, cəmiyyətimizlə bağlı bütün məsələlər normal qaydada həllini tapacaq və heç kim talış adı ilə hansısa təşkilatın yaradılmasından əndişələnməz.

17:03

Джавид Шахвердиев
cavabınız nı uzun çəkdi
Müəllim, elə bir dövlət tanıyırsızmı orada insan haqları pozulmasın?

17:06

Атахан Абилов
Bu sualınız əvvəliki sualınızın inkarıdır
Kah deyirsiniz talışın hüququ pozulmur, gah da deyirsiniz ki, insan haqqı pozulmayan dövlət yoxdur

17:09

Джавид Шахвердиев
Ataxan müəllim, mən suallarımda hec nəyi təsdiqləmirəm. Təsdiqləsəydim sual işarəsi qoymazdım. Bunun cavabını sizdən soruşuram. Azərbaycanda insan haqlarının pozulduğunu deyirsiz mən də sual edirəm ki, elə bir dövlət varmı ki orada insan haqları pozulmasın?

17:14

Атахан Абилов
İdeal dövlət yoxdur. O cümlədən ideal şəkildə insan hüquqlarına riayət edən dövlətin də olması qeyri mümkündür. Amma bu o demək deyil ki, insan hüquqlarının pozulması dövlətin siyasətinin ana xətti təşkil etsin. Bax bu Azərbaycan Respublikasıda mövcüd rejimin mahiyətini təşkil edir. Belə dövlətlər Avropa məkanında tək-tükdür

17:15

Атахан Абилов
Bey chox chekecek, gün getdi axı?

17:15

Джавид Шахвердиев
Necə fikirləşirsiz Azərbaycanda bütün xalqların hüququ pozulur, yoxsa bu məsələdə də ayrı-seçkilik var?
mümkündürsə tez və qısa cavab verin

17:16

Атахан Абилов
Bunu mən fikirləşmirəm. Bunu Azərbaycanın bu güngü vəziyyəti nümayiş etdirir
Əgər hət şey mənim fikirləşməyimdən asılı olsaydı gecə-gündüz Azərbaycannın bü güngü vəziyyətiylə bağlı mədhiyyələr oxuyardım ki, tez bu bəlalardan qurtaraq.

17:19

Джавид Шахвердиев
- Siz Azərbaycanın Almaniyadakə səfirliyi qarşısında H.Məmmədovun azadlıqa cıxması ücün aksiyada iştirak etmisiz? Maraqlıdır, Ermənistanın işqalcılıq siyasətinə etiraz olaraq hər hansı bir aksiyada iştirak etmisizmi?

17:25

Атахан Абилов
Cavid bəy, əvvəla sualın qoyuluşunun fəlsəfəsi kökündən yanlışdır. Məsələyə ənənəvi YAP möveyi sərgiləyirsiniz. Hesab edin ki, buna diqqət etmədim. Sualınızın ikinci hissəsinə təsdiq cavabı verirəm və bildirirəm ki, vətənşüvənliklə deyil, faktiki işlə məşğul olmaq lazımdır.

17:26

Джавид Шахвердиев
Ataxan müzəllim, mən jurnalist kimi sual verirəm. Yəni bilmək istəyirəm ki, hüquq müdafi

17:30

Джавид Шахвердиев
əçisi kimi talışlahın hüquqlarını müdafə etməklə yanaşı ermənilərin işğalçılıq siyasətini də pisləyirsizmi. Baxın H.Məmmədovun hüquqlarını qoruyursunuz etiraz aksiyasında iştirak edirsiz, şəkillər də var, məktub göndərirsiz və s. Bir jurnalist kimi bilmək istərdin beynəlxalq hüquq müdafiəcisi kimi ermənilərin işqalcılıq siyasətinə etiraz etmisizmi?

17:30

Атахан Абилов
David bəy, sag ollaşaq. Ümid edirəm ki, zaman-zaman Sizin suallarınıza cavab verməyə hazıram. Bilirəm jurnalist kimi sual verirsiniz. İsterdim ki, Azərbaycan jurnalisti məsələlərə müasir dünyanın tələbləri baxımından yanaşsınlar. Heydər Əliyevin "parçala və hökm sür" məqsədi naminə qaragürühçuluğu qirağa atmaq lazımdır. Mən Azərbaycan Respublikasının vətəndaşıyam və bütün fəaliyyətim Vətənimizdə normal, Avropa məkanına yaraşan cəmiyyət yaradılsın və bütün vətəndaşlar özlərini konfort şəraitdə hiss etsinlər.

17:34

Джавид Шахвердиев
Suallara cavab verməyə hazırsınızsa buyurun verin
başqa vaxta niyə saxlayırsız ki...

17:36

Атахан Абилов
Cavid bəy, Azərbaycanda ilk dəfə olaraq Qarabağ probleminin müasir beynəlxalq hüquq normalar çərçivəsində AR-nın ərazi bütövlüyü çərçivəsində həllinin yolunun göstərmişəm və elmi şəkildə əsaslandırmışam. Bu gündə həmin məsələlər qüvvədədir. Face-də yerləşdirdiyim fotoların arasında Haaqada Xocalı soyqırım abidəsinin ziyarət etməyim də əksini tapıb. Bunların kimlər üçünsə gözəgürünməz olması mənim günahım deyil,

17:36

Атахан Абилов
yollarını
Azərbaycanda ilk dəfə olaraq Qarabağ probleminin müasir beynəlxalq hüquq normaları əsasında AR-nın ərazi bütövlüyü çərçivəsində həllinin yolunun göstərmişəm və elmi şəkildə əsaslandırmışam.
bir balaca düzəliş etdim, 2 defə çərçivə sözü getmişdi
sualiniz qaldımı?

17:39

Джавид Шахвердиев
Ataxan müəllim, soyqırım abidəsini ziyarət etmək o demək deyil ki, ermənilərin i.qalçılıq siyasətinə qarşısız. Bakıya gələn bütün xarici dövlətlərin rəsmilər Fəxri Xiyabanı ziyarət edirlər... Fakt isə başqadır

17:39

Атахан Абилов
mənim problemim deyil

17:40

Джавид Шахвердиев
Baxın İsmayıl Şabanob başda olmaqla Rusiyada Azərbaycan əleyhinə konfranslar təşkil olunur

17:40

Атахан Абилов
Fakt nədir?

17:40

Джавид Шахвердиев
Xankəndində Talışstan marşı calınlr
İrandakı “Talış Araşdırma Mərkəzi”nin sədri Yasir Kərəmzadə Azərbaycan dövlətciliyinə qarşə cıxışlar edirlər, tarixi saxtalaşdırırlar, qarşıdurma yaratmaqa cəhdlər göstərirlər və s.
buna etiraz etmək olmazmı. Siz bu hakimiyyətə düşmənsiniz amma bu o demkdirmi ki Azərbaycan dövlət və dövlətçiliyinə düçmən kəsilmisiz?
Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən talışların adı ermənilərlə birgə çəkilir
Bir dəfə də olsun rast gəlməmişəm ki belə birliklər Erməni işqalını ifşa edən tədbir keçirsin, məktub yazsın və s.
Ertməni saytları da onlara yer ayırıb
Levon Şahnazaryanın saytında xüsusi bir bölüm vardı bununla bağlı
voskonapat.info-da
Ataxan müəllim, bu məsələlərə aydınlıq gətirilməlidir ki, niyə sizin kimi şəxsiyyətlər daha cox bu məsələlərin üzərində dayanmırsız
Mənə elə gəlir ki, belə fəaliyətin nəticəsidir ki burada sizi Avropa Erməniləri Assambleyası tərəfindən dəstək almaqda ittihamlayırlar..

17:50

Атахан Абилов
Cavid bəy, İsmail Şabanovla dedikləriniz tamam uydurmadır və həqiqətdən kənardır, ən azı mənə belə bir şey rast gəlməyib. Xankəndində dediyiniz məsələnin talışlara heç bir aidiyyəti yoxdur. İran vətəndaşının hardasa hansısa çıxıçını Azərbaycan vətəndaşının hardasa hansısa çıxışına cavab kimi dəyərləmdirirəm.
Hesab edirəm ki, bütün bunlara rəvac verən və şərait yaradan Azərbaycan iqtidarıdır. Bəle məhz əzəli Vətənimiz olan Azərbaycanda talışlarla bağlı konfranslar keçirtməli, talışın tarixi, mədəniyyəti, dili, adət-ənənələri öyrənilməlidir.
Yalnız belə olan şəraitdə Azərbaycan dövləti güclənəcək, çiçəklənəçək və güclü dövlətə çevriləcək. Heç kəs iddia etməsin ki, kimsə məndə Azərbaycan dövlətçiliyini ütsün tutur və yaxud daha çox fəaliyyət göstərir. Mənim bütün fəaliyyətim Azərbaycan dövlətçiliyinin güclənməsinə hesablanıb.

17:55

Атахан Абилов
Azərbaycanda əqidəli, saf, təmiz adamlara yarlıq qoyulmasa, xalq artıq çoxdan ayılmışdı və hər şeyi yeri qoymuşdu. Məhz belə siyasətin nəticəsidir ki, Vətən bu gündədir. O ki qaldı ermənilərlə əlaqəyə. Tale elə gətirib ki, hələ də mənə hansısa erməninin əlini sıxmaq qismət olmayıb. Ermənilər Azərbaycanda ali hakimiyyət orqanlarında təmsil olunublar. Bu gün dövlət onların əlindədir. Bu barədə dəfələrlə yazılıb və deyilib. Azərbaycan cəmiyyəti elə günə qoyulub ki, bu məsələlərin üstünə getməyə kimsə cəsarət etmir. Talış məsələsini də bu formada şişirtmək bibaşa həmin dairələrin marağındadır

17:58

Атахан Абилов
Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və Ermənistanda bu məsələlərə bəlli münasibətin səbəbləri aydındır. Azərbaycandakı rejimin isə bu məsələlərin güdəmə gəlməsində xüsusi marağını isə hələ çoxları üçün qaranlıq qalacaq
Qurtardinizmi?
Bunu oldugu kimi face sehifemde vereceyem

Комментариев нет:

Отправить комментарий