30.01.2013

Şəlalə CAVANŞİR. Qəlbimin köşəsində


Qəlbimin köşəsində
Tükənməz sevgim
Hər sabah əsir
Ruhunun tarlasında
Aldığım hər soluqda iztirabın dirənişi
Düşncəmdə, inamla umudsuzluğun çatışması

Tənimdə qadın ruhunun yeşərməsi
Sən, gülümsə gözlərimdə doğan günəşə
Basdır bütün qayğılarımı
Oxşa yeşərmiş tutsaq ruhumu
Yudumla dolub daşan yalnızlığımı.

Комментариев нет:

Отправить комментарий