29.01.2013

Köksümün düzənindəki alaçıq

Elşən Böyükvənd

"Didilmiş yun kimiyəm
məxmər parçasında sırılıb,
yorğanın olub,
əndamına büküləcəyəm..."

Didilmiş yun kimiyəm
məxmər parçasında sırılıb,
yorğanın olub,
əndamına büküləcəyəm,
heç bir qəzəl söyləmədən.
Dəniz boyda sinəndə,
üzəcək dodağım balıq kimi
və ağ qayış kimi
dolanacaq belinə əllərim.
Gövdəmizsə,
iki dəmirçəkən* kimi
yapışacaq bir-birinə
bir axşam boyu...

_________________
* dəmirçəkən - maqnit deyir şair- oz dilimizdэ, maraqlж termindir.

Örpəklər oğrusu külək
bütün qızların
gövdəsini yalayar,
boyasız axımdı külək,
çapar, çapar,
çapıb
çalar
çuxurları
çulğalayar,
kirli qulaqlar üçün
dilotu yemişdi külək,
yalar, darar,
darar, yalar,
qız telini
dondurma yalayan uşaq kimi,
dəlilərdən də özgür
sınırlar sındırandı külək.

Ağıdan Öncə

 Bu kül ələnmiş yollardakı adamlar
Günəşin saçlarını qayçılayırlar –
Göy –
...Axar kəfənini geyir –
Torpaqsa -
Duzlaqlarında saçı ağarıb
Kövşənlərində üz gözü qırışır. –
Ah
Köksümün düzənindəki alaçıqdan baxan gözəl –
ipək yol boyunca yaşmağını –
Çək.
Havadan
Yanmış saçların qoxusu gəlir
Və günəş üzünə baxmaqdan utanan salxım söyüdlərin
Titrək səslərini –
Ovlayır
Qıyqacı ötən min duvaqlıların qulaqları.
Otağımın tavanına dirək olmuş sümüklərim
Tarla axtarışında olan ruhuma
Gülürlər.
Və geyilməmiş geyimlər kimi
Asqılardan asılmış ürəyim
Tikan əllilərin salamını gözləyir.
Ah
Köksümün düzənindəki alaçıqdan
Baxan gözəl
ipək yol boyunca
Yaşmağını –
Çək.

Комментариев нет:

Отправить комментарий