30.01.2013

Hara çıxdı getdi?

İngilis qoşunları Bakıdan tamamilə çıxıb gedəndən sonra fəhlə Bığlı Həsənəli bədiyə yazmışdı; fəhlələr ingilispərəstlərə sataşıb vedrənin altına döyəcləyib oxuyurdular:

Başlagınan nağaranı çalmağa,
Sözlərimi ta yadıma salmağa.
O, gəlmişdi Qafqazyada qalmağa,
Qalaydı mehman, hara çıxdı getdi?

Gül-çuvalın yığışdırıb bağladı,
Qonşumuzun ürəyini dağladı,
Onlar getdi, «arvadları» ağladı,
O mahi-taban hara qaçdı getdi?

Gələn kimi quyruğuvu buladın,
Sevincindən lap it kimi uladın.
Qarına-fətir qatırların suladın,
Dərdüvə dərman hara çıxdı getdi?


Qoy getsinlər, daşlarını sən də at!
Min altı yüz biz almışıq qatır, at,
Onlar getdi, dul qaldı çoxlu arvad,
Ol can alan, can hara çıxdı getdi?

Qonaq, qonaq, buydu sənin qonağın?!
İndi söylə kimə gəlir gümanın?
Sən allahın, sən məzhəbin, sən dinin,
Şapkası fincan hara çıxdı getdi?

Dilləri pis, danışırlar qart kimi,
Söz deyəndə, qalırdılar mat kimi.
Çoxlarının tumanı arvad kimi,
Bığın qırxdıran, hara çıxdı getdi?

Kəndlərdə yaxşı kənddür Bülbülə
Yalanı doldurmuşdulər zənbilə,
O Batuma, sən də ki, cəhənnəmə,
Podrati İran hara çıxdı getdi?

Gəlmiş idi, əsir edə bizləri,
Xırda-xuruş idi bütün sözləri.
Belə deyir əcnəbilər özləri,
Bir dəstə «reyhan» hara çıxdı, getdi?

O gündən ki, başladılar gəlməyə,
Cəhd etdilər hər bir işi bilməyə.
Neft aldılar, pulları yox verməyə,
Qatır satanlar hara çıxdı getdi?

Pencəkləri oxşayırdı lap dona,
Çətin işdir, yarı yoldan dönə,
Bir nəfəsə getdilər düz Londona,
Aləmə «Soltan» hara çıxdı getdi?

Bildir bu vaxt ürəyimi dağlardın,
Vedrə açıb, jalonkaya bağlardın.
O qaçanda, sən vağzalda ağlardın,
Söylə, o qağan hara çıxdı getdi?

Fikr eləmə, pencəyi satdırarsan,
Şapkanı da çevirtdirib qoyarsan.
Olmasa, verdirib boyatdırarsan,
O naxələflər hara çıxdı getdi?

Elçin Bayramlı

Комментариев нет:

Отправить комментарий