31.01.2013

Bir-iki şair arzusu

Taleh Eminoğlu

Qərbi fəth edəcək Şərqli yetim

Partlayış səsləri layladı körpələrə Şərqdə,
Anaların göz yaşları adiləşibdi daha.
Niyə susur görəsən bircə kəlmə dur demir,
Məgər bu qədər ölüm bəs eləmir ALLAHa?!

Küçələrdə cəsədlər üst üstə divar kimi,
Yetim qalmış uşaqlar ağlayır küçələrdə.
Şərqdə barıt qoxusu ən prestijli ətir,
Ölüm kabusu gəzir dar,qaranlıq tinlərdə.


Xarici əsgərlərin əlindəki silahlar,
Şərqli uşaqlar üçün yeni il fişəngləri.
Gecələr göy üzünü aydınladan güllələr,
Ölüm fişənglərindən çıxan ölüm rəngləri.

Bu ölümün adı nə Şərqin üstünü almış?
Bəlkə xaç yürüşdü Qərbdən Şərq üzərinə.
Mütləq bir gün gələcək Şərqli yetim bir uşaq,
Nail olacaq Qərbin əbədi bir fəthinə.

Telefon zəngi

Yarım işıqlı bir otaq,
yanımda telefon,
qarşımda sönmüş siqaretlə dolu
kül qabı...
Ondan bir zəng gözləyirəm.
Birinci zəngdə;
“əlvida gedirəm”-dedi,
bu zəngdə;
“bağışla gəlirəm”-deməsin
Istəyirəm.

Ürək dərmanı

Bir ürək həkimi
həyatın ürəyini yaraladığı
qızına resept yazır;
“bu yaranın dərmanı
zamandır”

Şairlər peyğəmbərdi!

Şairlər peyğəmbərdi
şeirlər surə
misralar ayə.
Şairlər ALLAHın elçisi
CƏBRAYIL ilham mələyi.

Sadalanan bir neçə ədalətsizlik

Mənim bircə qorxumvar-
əqidəmi uduzmaq
bu həyat qumarında.
Düşündükcə bədənim
qarış-qarış ürpəşir
qan donur damarımda.

Həyat kiminə “Valent”
kiminəsə “Tuz”verir
kim ağlayır,kim gülür.
Toruna salmaq üçün
yeni-yeni qurbanlar
İblis pusquda güdür.

İnsanların üzləri
çoxalır yavaş-yavaş
rəngbərəng divar kimi.
Bu əqidə alveri
hopubdu canımıza
sağalmaz azar kimi.

Şəhid məzarlıqları
durmadan çoxalmaqda
bu qazi Vətənimdə.
Bu dünya ədalətsiz
məndəndir ölənimdə
göz yaşın silənimdə.

Güvəndiyim dağlara
qar yağır lopa-lopa
qalmayıbdır güvənim.
Hər zaman ölən mənəm
Uğrumda yox ölənim.

Kutsal bir istək

Bəzən düşünürəm
kaş sehrbaz olaydım.
Siləydim yer üzündən
ləkəli vicdanları,
mənliksiz insanlar

Bir-iki şair arzusu

Sahilə tələsən dalğa kimiyəm,
arzularıma çatmağa tələsirəm.
Qışda donan torpaq kimi,
yazın yolun gözləyirəm.

Bir qələmim,dəftərim var,
şair olmaq istəyirəm.
Bir misramla məmləkəti,
mən oyatmaq istəyirəm.

Üfüqlərlə dənizlərin,
birləşməsin istəyirəm.
Mən keçmişlə gələcəyin
görüşməsin istəyirəm.

Hər kəs ALLAHdan parça

Güzgüyə baxdığım zaman,
mən ALLAHı görürəm.
Mənimlə üzbəüzdə
öz əksimi görürəm.
Hər kəsin daxilində
bir parça var ALLAHdan
Hər kəs özlüyündə
bir zərrədi ALLAHdan.
Haqq insanın özündə
onun daxilindədi
ALLAHa yaxın olmaq
insan təməlindədi.

Yağış yağır

Yağış yağır,
görəsən kim ağlayır?!
Görən kimin göz yaşıdı,
düşür yerə damcı-damcı?!
Yağış yağır!
Yaratdığı insanları belə görüb
bəlkə ALLAH ağlayır?!

Şair

Şairlər qız kimidi,
Saf,pak və bakirə.
Şairlərin əlləri,
Bulanmaz əsla kirə.

Axı onlar dünyanın,
Kirini təmizləyir.
ALLAHın unutduğun,
Şairlər əzizləyir.

Şairlər elçisidir,
Yer üzündə ALLAHın.
Onlar qələmə alır,
Tanrının pıçıltısın.

Şairlərdi qoruyan,
Bəşəri şər əməldən.
Şairlərdi saxlayan,
Dünyanı təməlindən.

Комментариев нет:

Отправить комментарий