Tələsirəm
Tələm – tələsik gedirəm
Yetişirəm özümə
Qıjqırıram xiyabanlardakı ayaq izlərimdə
Dərirəm ayaqlarımı izlərimdən
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Sərilmişəm Qəzet satan budkanın qabağında
Oturmuşam sətirlərin arasında
Yağmurlar başıma döyür
Qıjqırırıram yazıların içində
Qalxıram Qəzetlərdən
Titrlər canıma suvaşır
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Oturmuşam Qəzet satan budkanın qırağında
Qabağımda çüyün kasa
Uzadıram əllərimi özümə sarı
Elə yanıqlı baxıram özüm özümə
Özüm özümə yazığım gəlir
Əllərimi cebimə salıram
Qıjqırır cebimdə ovcumun arasındaki dəmir pul
Çıxıram özümdən
Düşürəm cebimə
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Özüm özümdə deyiləm
Bulvardakı ağaclara dəyirəm
- bağışla!- ağzımda qalır.
Süzülür ağacın qabığından
Süzülür şirəsi
Qıjqırır qolumda
Qopuram ağacdan
Qopardıram qollarımı
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Qıjqırır ağzımda dilim
Bilmədən tüpürürəm
Bir nəfərin üstünə
-Bağışla!- ağzımda qalır.
Qıjqırır dodaqlarımın arasından çıxan qan
-zırramanın biri zırrama!
Qanmazın biri qanmaz-deyib, gedir o
O üstünə tüpürdüyüm adam
Qıjqırır mənim tək ayaq izləri
Qıjqırır dodaqlarımın arasından qıjqıran qan kimi
Tələm – tələsik gedirəm
Yetişirəm özümə
Qıjqırıram xiyabanlardakı ayaq izlərimdə
Dərirəm ayaqlarımı izlərimdən
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Sərilmişəm Qəzet satan budkanın qabağında
Oturmuşam sətirlərin arasında
Yağmurlar başıma döyür
Qıjqırırıram yazıların içində
Qalxıram Qəzetlərdən
Titrlər canıma suvaşır
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Oturmuşam Qəzet satan budkanın qırağında
Qabağımda çüyün kasa
Uzadıram əllərimi özümə sarı
Elə yanıqlı baxıram özüm özümə
Özüm özümə yazığım gəlir
Əllərimi cebimə salıram
Qıjqırır cebimdə ovcumun arasındaki dəmir pul
Çıxıram özümdən
Düşürəm cebimə
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Özüm özümdə deyiləm
Bulvardakı ağaclara dəyirəm
- bağışla!- ağzımda qalır.
Süzülür ağacın qabığından
Süzülür şirəsi
Qıjqırır qolumda
Qopuram ağacdan
Qopardıram qollarımı
Yenə də, tələsirəm
Tələm-tələsik gedirəm
Yenə də, yetişirəm özümə
Qıjqırır ağzımda dilim
Bilmədən tüpürürəm
Bir nəfərin üstünə
-Bağışla!- ağzımda qalır.
Qıjqırır dodaqlarımın arasından çıxan qan
-zırramanın biri zırrama!
Qanmazın biri qanmaz-deyib, gedir o
O üstünə tüpürdüyüm adam
Qıjqırır mənim tək ayaq izləri
Qıjqırır dodaqlarımın arasından qıjqıran qan kimi
Комментариев нет:
Отправить комментарий