31.01.2013

"Əkrəm Əylisli erməniləri çox istəyir"

"Görünür heç kəs onun əsərlərini bu günə kimi oxumayıb. Ona görə belə təəccüb yaranıb. Bu adam vaxtında Elçibəyi təhqir edib. İndi də istədiyinə çatıb. Gedib onun yaradıcılığını araşdırsanız görərsiniz ki, bu kişi erməniləri çox istəyir. Bu həmişə belə olub onun üçün”.

Bu sözləri azxeber.com-a açıqlamasında tanınmış yazıçı, millət vəkili Aqil Abbas Əkrəm Əylislinin Rusiyanın“Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə Əkrəm Əylisli bir neçə gün ərzində öz romanını çox yaxşı reklam etdi:
“Mən sözün düzü bu romanı oxumamışam. Amma mətbuatdan oxuduğum qədəri ilə romanda azərbaycanlıların erməniləri guya öldürməsi ilə bağlı bəzi məqamlar var.
Bir şeyi bilirəm ki, Əkrəm müəllim istəyinə çatdı. Əkrəm Əylislinin istəyi bu romanın reklamını aparmaq idi. Və o bunu layiqincə edə bildi. Artıq Azərbaycanda hamı o romanı oxumaq istəyir ki, görəsən orda nə var? Mətbuatın da bu reklamda əvəzsiz xidməti var”.
Millət vəkili yazıçının bu günə qədər öz əsərlərində həmişə erməniləri təriflədiyini və onları çox istədiyini bildirib:
“Təbii ki, mən hazırda mətbuatda oxuduğum məqamlarla razı deyiləm. Amma indi Əkrəm Əylisli bu milləti sevmirsə mən nə edim? Zorla ona milləti sevdirim? Heç kəsə məcbur edə bilmərik ki, hansısa milləti sev. Əkrəm Əylisli erməniləri çox istəyir. Görünür heç kəs onun əsərlərini bu günə kimi oxumayıb. Ona görə belə təəccüb yaranıb. Bu adam vaxtında Elçibəyi təhqir edib. İndi də istədiyinə çatıb. Gedib onun yaradıcılığını araşdırsanız görərsiniz ki, bu kişi erməniləri çox istəyir. Bu həmişə belə olub onun üçün”.
Qeyd edək ki, Əkrəm Əylislinin Rusiyanın“Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanında Qərbi Azərbaycandan olan azərbaycanlıların erməniləri öldürməsi və işgəncə verməsi qeyd edilib.

Əfsələddin Ağalarov

Комментариев нет:

Отправить комментарий